- Tarixi
- XVIII –XIX əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağbaba nahiyəsinin, sonradan Amasiya rayonunun Amasiya kəndində
- YerləşməHazırkı toponim
Amasiya qəsəbəsi
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1987–1991-ci illərdə baş verən azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra, ocaq ermənilər tərəfindən mənimsənilib və azərbaycanlılara bir daha Ermənistan hakimiyyəti tərəfindən müqəddəs ocağı ziyarət etmək imkanı verilməyib.
- Məlumat
Azərbaycan xalqının və müsəlman-türk dünyasının dini-irfani ocaqları kimi Dərə ocağı da tarixi torpaqlarda Azərbaycan mədəni irsinin nümunəsidir.
Dərə ocağı Amasiya kəndinin (bölgə mərkəzi) alt tərəfində, dərədə (Qərbi Arpaçay dərəsində) yerləşirdi. Digər ocaqlar kimi kiçik hasarla əhatə olunmuşdu. Bura ziyarətə gələnlər həmişə çox idi. Sonralar, ziyarətə gəlmək daha asan olsun deyə, buraya xüsusi yol da çəkilmişdi. Maraqlıdır ki, onun yaxınlığında bir neçə dəfə partlayıcı ilə partlayış törədilsə də, ocağın bir daşı belə yerindən tərpənməmişdi. Dərə ocağı o qədər sınaqlı idi ki, buranı namərd qonşularımız (ermənilər) da ziyarət edir, ocağın müqəddəsliyinə inanırdılar.
Dərə ocağı da digər Ağbaba ocaqları, pirləri kimi yerli əhali tərəfindən 1988-ci ilə qədər ziyarət olunmuşdur.[i]
Gümrü piri, Gümrü şəhəri yaxınlığında yerləşirdi və 3 metr civarında uzun bir daşdan ibarət idi. Pirin ətrafı daş hasarla əhatə olunmuşdu. Bura bölgənin ən çox tanınan sınaqlı ziyarətgahlarından hesab olunurdu. Pir övladı olmayan qadınlar, ruhi və psixi xəstəlikləri olan insanlar tərəfindən daha çox ziyarət olunurdu. Piri ziyarətətə gələn insanlar dua edib, nəzir deyərdilər.
Gümrü şəhərinə ermənilər 1830-cu ildə Türkiyənin Ərzurum bölgəsindən köçürülüb[i]
[i] Тифлис, Канцелярии Наместника Кавказского. 1851. "Кавказский календарь на 1852 год", стр. 275
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.20