Dəstəkerd kənd qəbirüstü abidələri

Tarixi:
XIV-XV yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngəzur m­ah­a­lı­ Qa­rakilsə ra­yo­nu­ Dəs­təkerd kən­d­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Qarakilsə rayo­nu 02.03.1940-cı ildən – Si­sian, Dəstəkerd kən­di – Dəstəkert ad­lan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Dəstəkerd kənd­in­də yerləşən qə­­dim qəbir­üs­tü abi­­dələrin bir his­­səsi İrəvan şə­­hə­rin­dəki mu­zey­­lərdə er­məni abi­dəsi kimi sər­gi­lənir. Yerdə qa­­lan abidələrin ço­xu qə­birlərlə bir­likdə dağı­dı­lıb. Qəbir­is­t­a­n­­lıq­da qalan bir neçə abidə isə mə­­nim­sə­ni­lib er­­məni abidəsi ki­mi nümayiş olu­­nur.

Məlumat:

Dəstəkerd kəndi Sisian rayon mərkəzindən 21 km cənubda, Sofulu kəndindən 4 km, Şıxlar kəndindən 7 km məsafədə yerləşən 100 evli, 500-ə qədər əhalisi olan azər­bay­can­lı kəndi idi. Dəstəkerd sözü Sasanilər döv­ründə Albaniyada feodalın şəxsi mülkü olan torpaqlar üzərində irsi mülkiyyət for­ması anlamında olan fars sözü “dasta­kert”dən götürülmüşdür. Dəstə­kert kəndi qədim yaşayış məskənlərindən olmuşdur. Kəndin yuxarısında yerləşən köhnə qəbiristanlıqda uzunluğu 2-2,2 metrə çatan sənduqə formalı, üstü alban əlifbası ilə yazılı qəbir daşları, at və qoç hey­kəl­ləri də bu kəndin qədim yaşayış məskəni oldu­ğu­nu sübut edir [i]. Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbay­can­lı yaşayıb. 1918-ci ildə ermənilər azərbay­can­lıları qırğınlarla qovub. İndiki Ermə­nis-tanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönür. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azər­bay­canlı yaşayıb. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əla­qə­dar bura ermənilər köçürülüb. 1987-ci ildə 1700 nəfər azər­bay­can­lı və erməni olub ki, bunun da 80%-ni azərbay­can­lı­lar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azər­­bay­can­lılar Ermənistan dövləti tərə­fin­dən tarixi-etnik tor-paq­larından depor­ta­si­ya edilmişdir. İndi burada təkcə ermənilər ya­şa­yır.

Toponim Qa­ra­çor­lu türk tay­fa­sın­dan olan Bər­gü­şad tayfasının mə­n­sub dəs­tə­gird et­no­ni­min­dən əmələ gəlib. Et­notopo­nim­dir. Qu­ruluşca sadə to­­ponimdir

 

[i] https://m.facebook.com/IrevandaTurkler/photos/a.103690796373726/3792336734175762/?ty

Fotolar:
Videolar: