- Tarixi
- XVIII –XIX əsrlər
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Qafan rayonunun Dortnu kəndində
- YerləşməHazırkı toponim
Qafan rayonu –Kapan, Dortnu kəndi 29.06.1949-cu ildən Antaraşat
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Dortnu kənd məscidi 1987–1991-ci illərdə baş verən azərbaycanlıların kütləvi deportasiyasından sonra tərk edilmiş, dağılmağa məhkum vəziyyətdə qalmışdır. Dam örtüyünün kirəmit təbəqəsi sökülüb, qapısı götürülüb. Damın üstünü otlar basıb. Hal-hazırkı dövrdə yarı xaraba halda ərazidə qalmaqdadır[i].
[i] https://az.wikipedia.org/wiki/Dortnu
- Məlumat
Dortnu kənd məscidi Qafan şəhərindən 7 km şimaldakı Dortnu kəndində yüksək təpəlik ərazdə yerləşir[i]. Kənd, həmçinin Gəncədə yaşayanların yay ayını keçirdiyi yurd yeri olub. Məscid qaya və çay daşlarından ağ suvaq istifadə olunaraq, inşa edilib. Divar enliyinin 1 metrə yaxınlığı onun sərt iqlim şəraitində hazırkı dövrə qədər qalmasında təsirli olub. Məscidin uzunluğu 11–12, eni 5, hündürlüyü isə dam örtüyü ilə birlikdə 5–6 metr civarında olub. Yuxarı hissəsi oval quruluşunda olan məscid qapısının hündürlüyü 2–2,5, eni isə 1 metr civarındadır. Qapı kənarı dördkünc mişar daşları ilə hörülüb. Qapının sağ tərəfində 0,4 m hündürlüyü, 0,3 m eni olan dördkünc pəncərə qoyulub. Kənd 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Toponim qıpçaq mənşəli “durt” (>dort) etnonimi əsasında yaranmışdır. 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el “dördnu” adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir[ii]
Kənddə 1897-ci ildə 181, 1904 - cü ildə 363, 1914-cü ildə 327 nəfər azərbaycanlı yaşamışdır[iii]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər 1918–1919-cu illərdən burada yerləşdirilmişdir. Dortnu Qaradığa kəndindən yaranmış məntəqədir. Xalq arasında “Dornı” formasında tələffüz edilir. Kəndin adı əslində Dördlü olmuşdur. Kolagirən tayfasının Dördlü tirəsinin adındandır[iv].
Məscidlər təkcə ibadət, dini mərasimlər keçirmək üçün inşa edilmirdi. Məscid çoxfunksiyalı ellik bina hesab edilir, orada keçirilən tədbirlər həm də müsəlmanlar arasında ünsiyyəti, birliyi gücləndirirdi. Dortnu kənd məscidi də bu qəbildən olan məscidlərdən idi. İslam abidəsi bu ərazinin azərbaycanlı yurdu olduğunu göstərir.
[i] https://az.wikipedia.org/wiki/Dortnu
[ii] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh
[iii] Զ.Կորկոտյան. Խորհրդային Հայաստանի բնակչությունըվերջին հարյուրամյակում (1831-1931), Երեւան, 1932, էջ: 62-63, 136-137.
[iv] Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, Bakı, 1998, s.240.
