- Tarixi
- XII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Yeni Bayazid qəzasının Sevan rayonunda Əfəndi kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Əfəndi kəndi – 4.01.1938-ci ildən – Noraşen adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ermənilər tərəfindən qədim qəbirüstü abidələrin bir qismi dağıdılıb. Qalanları isə erməni abidəsi kimi təqdim olunur
- Məlumat
Kəndin başqa adı erməni mənbələrində Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olub. 1930-cu illərdə Kəvər (Kamo) rayonunun tərkibində idi [i]. Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 nəfər, 1904-cü ildə 479 nəfər, 1914-cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşayıb. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qovulub. Ermənilər bura 1918-20-cı illərdə Türkiyədən köçürülüb. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönüb ermənilərlə bir yerdə yaşamağa məcbur olublar. Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşayıb. 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya olunub. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var. Kəndin qədim qəbiristanlığında çox sayda qəbirlər üzərində heykəllər olan türk-oğuz qəbirləri mövcuddur. At, qoç heykəlləri və 2-3 metr hündürlüyündəki bir çox qəbir daşları üzərində olan yazı və təsvirlər ərazidə azərbaycanlıların qədim dövrlərdən yaşadığını sübut edir.
Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadədir [ii].Toponim və abidələr ərazinin tarixi maddi-mədəni irsini təmsil edir.
[i] https://az.wikipedia.org/wiki/%C6%8Ff%C9%99ndi_(G%C3%B6y%C3%A7%C9%99
[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
