- Tarixi
- VI-VII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasındakı Əfəndi (Əfəndikənd) kəndində (İndiki Sevan rayon mərkəzindən 9 km cənub–şərqdə, Göyçə gölünün şimal–şərq sahilində
- YerləşməHazırkı toponim
Rayon 1842-ci ildə–Yelenovka, 1935-ci ildən Sevan. Əfəndi kəndi, 4.l.1938-ci ildən–Noraşen (Yeni kənd)
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Əfəndi kəndindəki qədim alban–türk məbədinin qalıqları erməni memarlığına uyğun rekonstruksiya edilərək, mənimsənilib, hal–hazırkı dövrdə erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Əfəndi kəndindəki alban məbədi VI-VII yüzillərdə inşa olunub. Məbədin girişində və daxilində mixi yazılı kitabələrlə yanaşı alban mədəni irs nümunəsi olan müxtəlif əşyalar mövcud olub. Kəndə ermənilər Türkiyə və İrandan köçürülüb. Ərazidə aparılan müharibələr nəticəsində dağılan məbədin qalıqları üzərində ermənilər erməni memarlığına uyğun bərpa işləri aparıb, məbədi “erməni tarixinin qədimliyini sübut edən maddi dəyər”ə çevirməyə çalışıb. Rekonstruksiya və bərpa zamanı türk memarlığına məxsus rəmzlər yox edilməyə çalışılıb. Məbəd qübbəsinin qüllə ilə əvəzlənməsi tikilinin mənşəyinin və tarixinin məhv edilməsi xarakteri daşıyıb. Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 224 nəfər, 1886-cı ildə 314 nəfər, 1897-ci ildə 422 nəfər, 1904-cü ildə 479 nəfər, 1914-cü ildə 654 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşayıb.[i] Əfəndi kəndində 1918-ci ildə 654 nəfər azərbaycanlı əhalisi olub. Ermənilər buraya 1918-20-ci illərdə Türkiyədən köçürülüb və 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı və terror törədib, ərazidən didərgin salıb.[ii] İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönüb, ermənilərlə bir yerdə yaşamağa məcbur olmuşlar. Burada 1922-ci ildə ermənilərlə yanaşı 7 nəfər, 1926-cı ildə 5 nəfər, 1931-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır.[iii] 1940-cı illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşdur.
Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadədir.
[i] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.70–71, 144–145
[ii] Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.70–71,144–145
