- Tarixi
- B.e II-III yüzilləri
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasındakı Əfəndi (Əfəndikənd) kəndində (İndiki Sevan rayon mərkəzindən 9 km cənub–şərqdə, Göyçə gölünün şimal–şərq sahilində
- YerləşməHazırkı toponim
Rayon 1842-ci ildə–Yelenovka, 1935-ci ildən Sevan. Əfəndi kəndi, 4.0l.1938-ci il dən–Noraşen (Yeni kənd)
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Əfəndi kəndindəki türbə 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasına qədər yerləşdiyi ərazidə qalırdı. Sonradan ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Əfəndi kəndində Azərbaycan xalqının soyundan olan müxtəlif türk mənşəli tayfalar yaşayıb və tayfanın özünə məxsus mədəni həyatı və yaşam tərzi olub. Kənddə tarix etibarı ilə eramızın II-III yüzillərinə aid edilən, memarlıq həlli baxımından daha çox zərdüşti məbədlərə bənzəyən üzərində kitabə yer alan türbə olub.[i] Türbə onun üzərindəki daş kitabə oğuz türklərinin burada məskunlaşmasının 2000 illik tarixini təsdiqləyən maddi sübutdur. Bu eyni zamanda Azərbaycan əhalisi arasında türbə mədəniyyətinin tarixi kökünün daha qədim dövrlərə qədər uzandığını göstərir.
İ.Şopenin cədvəllərində adları diqqətdən kənarda qalmamış 41 türk kəndinin biri də Əfəndidir. Ermənilərin sonradan “Rəhmankəndi” və “Əfəndi” kəndlərin birləşməsinin zəruriliyi bəhanəsi ilə doğma yurda dönməyə qoymayıblar. Bu da Oğuz türkünün Göyçənin əzəli sahibi olmasının təsdiqləyicisi kimi çıxış edən faktların sayını mümkün qədər azaltmaq məqsədi daşıyıb.
[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.226–227
