- Tarixi
- VI-VII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasındakı Əfəndi (Əfəndikənd) kəndində (İndiki Sevan rayon mərkəzindən 9 km cənub–şərqdə, Göyçə gölünün şimal–şərq sahilində
- YerləşməHazırkı toponim
Rayon 1842-ci ildə-Yelenovka, 1935-ci ildən Sevan. Əfəndi kəndi, 4.l.1938-ci ildən-Noraşen (Yeni kənd)
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların ermənilər tərəfindən ərazidən kütləvi deportasiyasına qədər qəbirüstü abidələr köhnə qəbiristanlıq ərazisində toxunulmamış qalırdı. Daha sonra ermənilər tərəfindən bir qismi mənimsənilib, qalanları isə məhv edilib.
- Məlumat
Əfəndi kəndinin indiki coğrafi mövqeyindən 300–400 metr cənub–qərbdəki, V1-VI1 əsrlərə aidliyi şübhə doğurmayan məzarlıq mövcud idi. Qədim məzarlıqda Azərbaycan xalqının soykökündən olan müxtəlif türk mənşəli tayfalara mənsub qəbirlər və qəbirüstü abidələr çoxluq təşkil edib. Üzərində kitabələr olan 2–3 metr hündürlüyündə oğuz qəbirləri onlara və müxtəlif alban–türk tayfalarına məxsus qəbirüstü xaç daşları və sanduqələr qədim tarixi keçmişi özündə əks etirən tarixi mənbə təşkil edir. Kənddə XII əsrə aid azərbaycanlılara məxsus tarixi abidələr var.[i]
Kəndin başqa adı erməni mənbələrində. Rəhmankənd, Noraşen kimi də göstərilir. Lakin kəndin qədim və ilkin adı Əfəndikənd olmuşdur.[i] Bu kimi faktlar Azərbaycan maddi–mədəni irsinin zəngin olduğu əraziləri məhv və yox etmək məqsədi daşıyır.
[i] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.70
[i] https://az.wikipedia.org/wiki/%C6%8Ff%C9%99ndi_(G%C3%B6y%C3%A7%C9%99)
