- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
- YerləşməHazırkı toponim
1936-cı ildən etibarən Yerevan.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Karvansaranın sağ tərəfindəki binanın uçması nəticəsində Əfşar karvansarası da ziyan görüb, ermənilər tərəfindən uçurulub, yerində yeni tikili inşa edilib.
- Məlumat
İrəvan azərbaycanlılarına məxsus, Şərq memarlıq üslubunda tikilən və geniş giriş qapısı olan ikimərtəbəli Əfşar karvansarasının ətrafında hündür qapısı olan dükanlar mövcud idi. Karvansaranın aşağı mərtəbəsi yonulmuş bozalt və mərmərdən, yuxarı mərtəbəsi bişmiş kərpicdən tikilib. Üst mərtəbəsində eyvanı olan karvansaranın pəncərələrinin yuxarı hissəsi oval dəmir barmaqlı quruluşa sahibdi [i], [ii].
Əfşar karvansarasının yerləşdiyi ərazidə ancaq azərbaycanlılar yaşayıb. Karvansara tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri olub.
[i] Арутюнян. В. Ереван / В.Арутюнян, М.Асратян, А.Меликян . – М., 1968 . – С. 69.
[ii] Эриваская Губерния. Списки Раселенных Месть. По свеьденямъ 1873 года. Тифлисъ Типограмя Главнаго Управлвн1я НамЬстника Кавкавскаго.1879 г.
Fotolar
