- Tarixi
- 1575-ci il
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Yeni-Bəyazid qəzasında Göyçə gölünün sahilindəki Aşağı Qaranlıq şəhər tipli qəsəbədə
- YerləşməHazırkı toponim
Aşağı Qaranlıq 1926-cı ildən Martuni, 7.11.1995-ci ildən Geğarkunik vilayəti ərazisinə daxil edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qədim Azərbaycan dövləti olan Qaraqoyunlu dövlətinin mirası olan bu abidələr ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Aşağı Qaranlıq kəndində köhnə qəbiristanlıq adlanan ərazidə Qaraqoyunlu dövlətinin oğuz bəyi Əhməd ibn Qasımın qəbirüstü daşı yerləşir[i]. Əhməd ibn Qasımın (1540-1575) məzar daşında ətrafı naxışlarlara bəzədilmiş daş çərçivə içərisində dörd ədəd müxtəlif boylarda qoç fiquru, günbəzli türbə, su səhəngi və sağ yuxarı hissədə günəş fiquru əks olunub. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində “təpə”, “qaya” mənasında işlənən qara sözü əsasında əmələ gəlib “təpəlik, dağlıq, qayalıq yer” mənasını bildirir [ii]. Qara sözü ilə -lıq şəkilçisi arasındakı “n” bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, qayalıq, dağlıq bir yerdə yerləşib. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki “aşağı” sözü fərqləndirici əlamət bildirir [iii].
Əhməd ibn Qasımın qəbirüstü abidəsi ərazinin qədim Azərbaycan dövləti olan Qaraqoyunluların yurd yeri olduğunu göstərir
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 10.
[ii] Мурзаев, Э.М. Словарь народных географических терминов / Э.М.Мурзаев . – М.: Мысль, 1984 . – S. 256.
[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – 696 s.
