Elatlar / Küllükbaşı məscidi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­­lı­nın, son­r­a­­­lar Zən­gi­­basar ra­­y­o­nunun in­­zi­ba­­ti mərkəzi İrə­­van-Nax­­çı­­van-Ba­kı də­mir­yol xət­­ti­nin üs­tündə, Zən­­gi ça­­­yının sol tərə­f­in­­də­ Ulu­­xan­lı şəhər tip­li qə­sə­bə­sin­də (1971­-ci il­dən) yer­­lə­şir.

Yerləşmə /
Hazırkı toponim:

Uluxanlı soy­kö­k­ü­nü silmək ü­ç­ü­n bölg­ə­nin adı 4 də­fə də­yiş­di­ri­lib. 1920-ci ildə Nə­­­rimanlı, 31.12.1937-ci ildə Zən­gibasar, son­­ra Raz­dan, 31.07.19­50-ci il­dən Masis a­d­lan­dırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci ildə K­ü­l­­­lük­ba­şı məscidi er­mə­ni­lər tə­rə­fin­dən yan­dı­rı­lıb. Hal-hazırda da­­­ğı­dılıb, yerlə yek­­san edilib.

Məlumat:

Qədim azərbaycanlı yurd yeri Uluxanlıda demək olar ki, hər məhəllənin özünə­məx­sus məscidi olub. 

Bu məscidlər yerli əhali üçün müqəddəs inanış yeri, ibadət məkanı, di­ni dərslər, dini söhbətlərlə yanaşı, dünya had­isələrinin, ümumi problemlərin mü­za­ki­rə edildiyi, xeyriyyəçilik işlərinin gö­rül­mə­si üçün insanların kütləvi toplaşdığı mə­kan idi.

 Elatlar məhəlləsi ilə Qır­mı­zı mə­həl­lənin arasında yerləşən Küllükbaşı məs­cidi də belə məscidlərdən biri idi. Elatlara nis­bətən yaxın olduğu üçün Elatlar məscidi də adlanırdı. Sovet döv­rün­də başqa təyi­nat­lı məqsədlərlə istifadə olunan Kül­lük­başı məscidi 1970-ci ildə rəsmi olaraq fəa­liy­­yə­ti­ni bərpa etdi.

 

 1988-ci ildə ermənilər tərə­findən yan­dı­rı­lıb, yerlə yeksan edilib [i] ,[ii], [iii], [iv]. Küllükbaşı məs­ci­di həm dini, həm də ta­ri­xi mə­dəni abidə ki­mi Azərbaycan ir­si­nin nümunəsi he­sab olu­nur. Ey­ni za­man­da, ora­nın daimi sa­ki­­ni Azərbaycan xal­q­ı­nın inan­cı­nın sim­­volu olan mə­kan kimi tari­xi əhəmiyyət da­şı­­­­yır.

 

[i] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. –  S.  216.

[ii] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. – S. 86.

[iii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

[iv] https://az.wikipedia.org/wiki/Uluxanl%C4%B1

Fotolar:
Videolar: