- Tarixi
- XVII-XVIII yüzil
- YerləşməƏvvəlki toponim
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
- YerləşməHazırkı toponim
1936-cı ildən Yerevan.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Əli xanın imarəti İrəvan şəhərindəki Azərbaycan maddi-mədəni irsini təmsil edən memarlıq nümunələrindən biri olduğu üçün ermənilər tərəfindən diqqət göstərilməyib.
- Məlumat
Əli xanın imarəti İrəvan şəhərinin ən əzəmətli evlərindən biri idi. Görkəm və böyüklük baxımından saraya bənzəyən imarət Azərbaycan və Şərq memarlığının zənginliyini özündə əks etdirirdi. İşıqlı olması məqsədi ilə qoyulan çox sayda xüsusi dizaynlı pəncərələrlə imarət şəhərdəki başqa tikililərdən fərqlənirdi. İmarətin önündə sağ tərəfdə bir ucu yerə, digər ucu birinci və ikinci mərtəbə arasındakı kəmər hissəsinə üfüqi vəziyyətdə qoyulmuş dörd ədəd dirək vardı. Hasarlı və uçma təhlükəsi olan tikililərə adətən qoyulan bu tərz dirəklərin olması imarətin dayanıqlığını güvənli edirdi [i], [ii].
Azərbaycan memarlıq və arxitektura tarixi baxımından əhəmiyyətli olan Əli xanın imarəti İrəvanın şəhərsalma və arxitektura baxımından digər Avropa və Şərqin böyük şəhərləri qədər inkişaf etdiyini göstərir
[i] Арутюнян, В. Ереван / В.Арутюнян, М.Асратян, А.Меликян . – М., 1968 . – С.74; İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycana köçürülməsi / AMEA. A.A.Bakıxanov adına Tarix İnstitutu; müəl.: Y.Mahmudov, T.Mustafazadə, S.Məmmədov və b.; elmi red. Y.Mahmudov . – Bakı, 2010. – S. 234.[ii] Эриваская Губерния. Списки Раселенных Месть. По свеьденямъ 1873 года. Т ифлисъ Типограмя Главнаго Управлвн1я Нам-Ьстника Кавкавскаго. 1879 г..
