- Tarixi
- 4000 il əvvəl
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Qaranlıq rayonunun Əliqırx (Bədəlli) kəndində
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu–Martuni, Əliqırx (Bədəlli) kəndi 03.01.1935-ci ildən–Astxadzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Əliqırx qalasının xarabalıqları 1988-ci ildə azərbaycanlıların deportasiyasına qədər qalırdı. Mənimsənilib erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Əliqırx qalasında yerləşən kurqandakı kütləvi dəfnin izləri hələ 2800 il əvvəl burada ciddi döyüşlər getdiyinin birbaşa təsdiqləyicisi rolunu oynayırdı. O ciddi döyüşlərdən əvvəl qalanın tikilməsi və qalanın sahiblərinin mütəşəkkil müdafiə şüuru səviyyəsinə yüksəlişi isə heç şübhəsiz minilliklərlə ölçülən bir tarixi prosesin nəticəsi idi. Deməli, “Astxadzor qalası’nın əsasının qoyulmasının, onun əzəli sahiblərinin bu yerləri binələşdirməsinin tarixini də daha qədimdə, ən azı eramızdan əvvəlki dövrün ikinci minilliyinin ortalarında, yəni tarixin 3500-4000 illik dərinliyində axtarmaq gərəkdir. A. Mnatsakanyanın tapıntıları ilə tanış olan akademik B. Piotrovski də “Astxadzor qalası’nın qədim tarixə malik olmasını təsdiqlədi. Bütün bu aydınlaşdırmalardan sonra akademik В. Piotrovski “Astxadzor qalası”nı Ermənistan ərazisindəki ən qədim qala kimi səciyyələndirdi. Amma o, bu dəfə digər anoloji hallarda olduğu kimi qalanın qədim adını qeyd etmədi.
Əliqırx kəndi Qaranlıq (indiki Martuni) rayonundan 17 kilometr cənub–qərbdə, Göyəm silsiləsinin Züldağ zirvəsi ilə Ərgiş çayının mənbəyi arasındakı yamaclıqda yerləşib.
1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində “başqa bir adı Əliqırıx olan Bədəlli kəndi”nin Göyçə nahiyəsinin inzibati vahidlərindən biri olduğu Göyçə kəndlərinin İ.Şopen tərəfindən tərtib olunmuş siyahılarında yer almayıb. Və sonrakı 70 il ərzində də rəsmi sənədlərdə adı çəkilməyən kənd haqqında XX yüzilin əvvəllərində əhalisinin sırf azərbaycanlı olan mahalın ən iri yaşayış məntəqələrindən biri kimi meydana çıxıb.[i] 1914-cü ildə kəndin yalnız azərbaycanlılardan ibarət olan sakinlərinin sayı 753 nəfər olub. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qoyularaq çıxarılıb. Kənd əsası ermənilər tərəfindən qoyulmuş sırf erməni kəndi kimi təqdim olunub. 1935-ci ildə Ermənistan Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə Əliqırıx kəndinin adı dəyişdirilib, “Astxadzor” qoyulub.[ii]
1555-ci ilə dair məxəzlərdə Əliqırıx qalası Səfəvi Azərbaycan dövlətinin Çuxur–Sədd bəylərbəyliyinin ərazisindəki ən möhtəşəm qalalardan və ən iri yaşayış məskənlərindən biri kimi təsniflənib.
