Əsas şəkil

Əliqırx qalasında kurqanlar

Tarixi
E.ə IX-VIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Qaranlıq ra­yonunun Əli­qırx (Bə­dəlli) kəndində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Əli­qırx (Bə­dəlli) kəndi 3.01.1935-ci ildən–Astxadzor

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

Kurqan  1988-ci il deporta­siya­sı­na qədər qalırdı. Qəbir­dən çıxan əşya­lar erməni­lər tə­rəfindən mə­nimsənilib, qə­dim dövr er­mə­­ni eksponat­ları kimi mü­zey­lər­də təqdim olu­nur.

Məlumat

XX əsrin əllinci illərinin əvvəllərində erməni arxeoloqu A. O. Mnatsakanyan “Astxadzor qalası”nda qazıntılar apardı və kurqanlardan birində eramızdan əvvəlki dövrün IX-VIII əsrlərinə dair dəmir əşyalar, silah–sursat qalıqları aşkarlandı. Skeletlərin birinin çanaq sümüyündə ilişib qalmış tunc ucluqlu ox isə bu yerlərin binələşdirilməsinin daha qədim tarixi barədə mülahizələrə rəvac verirdi. Belə ki, həmin kur­qandakı kütləvi dəfnin izləri hələ 2800 il əvvəl burada ciddi döyüşlər get­diyinin birbaşa təsdiqləyicisi rolunu oynayırdı. O ciddi döyüşlərdən əvvəl qalanın tikilməsi və qalanın sahib­lə­rinin mütəşəkkil müdafiə şüuru sə­viyyəsinə yüksəlişi isə heç şübhəsiz minilliklərlə ölçülən bir tarixi prosesin nəticəsi idi. Deməli, “Astxadzor qalası”nın əsasının qoyulmasının, onun əzəli sahiblərinin bu yerləri binələşdir­məsinin tarixini də daha qədimdə, ən azı eramızdan əvvəlki dövrün ikinci minilli­yinin ortalarında, yəni tarixin 3500-4000 illik dərinliyində axtarmaq gərəkdir.[i] A. Mnatsakanyanın tapın­tı­ları ilə tanış olan akademik B. Piotrovski də “Astxadzor qalası’nın qədim tarixə malik olmasını təs­diqlədi.[ii]
 

B.Piotrovski be­lə açıq mətn­lə göstərdi ki, “...burada ta­pı­lan əşyalar, ən yaxşı halda (er­mənilər üçün ən təsəlliverici hal­da–S.V.) Urartu işğalına qarşı mü­barizə apar­mış yerli qə­bilə­lərə aid edilə bilər”.[i]
 


[i] История и культура Урарту. — Ереван, 1944 (2–е изд. — СПб., 2011);


[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.228–231

[ii] Археология Закавказья с древнейших времён до I тысячелетия до н. э. — Л., 1949;