- Tarixi
- VI–VII əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağbaba nahiyəsinin, sonradan Amasiya rayonunun Elləroyuğu kəndində
- YerləşməHazırkı toponim
Elləroyuğu kəndi– 1931-ci ildən Ellərkənd, 08.08.1991-ci ildən Lorasar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Elləroyuğu kəndindəki qəbirüstü heykəllər ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi nümayiş etdirilir.
- Məlumat
Rayon mərkəzindən 26 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Kənddə qədim türk tayfalarına məxsus çox sayda abidələr mövcud olub. Bunlar arasında kənd qəbiristanlığında ən çox diqqət çəkən at və qoç heykəlləri idi. Sayı çox olan bu abidələrin əksəryyəti ermənilər tərəfindən İrəvana daşınıb və oradakı muzeylərdə erməni abidəsi kimi təqdim olunur.
Dəniz səviyyəsindən 2140 metr yüksəklikdə yerləşir. Əhalisi 1905-ci ildə 286, 1914-cü ildə 437, 1931-ci ildə 294, 1970-ci ildə 292 nəfər yalnız azərbaycanlılardan ibarət olub. 1914–1931 illər kəsiyində əhalinin təxminən 2 dəfə azalması 1918–1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımının nəticəsidir. 1988-ci ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında kəndin sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır.
Toponimlər cəm şəkilçisi qəbul etmiş qədim türk dilində “tayfa ittifaqı, tayfa təşkilatı”, “xalq, tayfa” mənasında işlənən “el” (il) sözü ilə qohumluq bildirən və III şəxsin təkində işlənən “oğlu” sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
