Ərəfsə kənd məscidi
Zəngəzur mahalı Qarakilsə rayonunun Ərəfsə kəndində
Qarakilsə rayonu 02.03.1940-cı ildən-Sisian, Ərəfsə kəndi – 03.07.1968-ci ildən Arevis adlandırılıb.
Memarlıq
Kənd məscidinin təyinatı üzrə fəaliyət göstərməsinə icazə verilməyib. 1988-ci ildə azərbaycanlıların deportasiyasından sonra məscid binası ermənilər tərəfindən dağıdılıb.
Ərəfsəlilər inanclarına görə müsəlman idilər. Kənddə şiə və sünni əhali mehriban dolanırdı, ümumiyyətlə məzhəb, təriqət məsələsi heç vaxt gündəmdə olmamışdır. Əksinə, şiə və sünnilər çox adi hal kimi bir-birləri ilə qohumlaşmışdılar. Kənddə məscid var idi.
Lakin sovet hakimiyyəti illərində məscid müsadirə edilmiş və onun məscid kimi istifadə olunmasına icazə verilməmişdi. Kənd sakinləri onun tövləyə çevrilməsinə yol verməmək üçün buranı taxıl anbarı etmişdilər. Bir müddət anbarda pendir sexi fəaliyyət göstərmişdi [i].
Məscid kənd əhalisinin ibadət etdiyi, xüsusi günlərdə toplaşdığı yer kimi əhəmiyyət daşıyırdı.
[i] https://az.wikipedia.org/wiki/%C6%8Fr%C9%99fs%C9%99_(Qarakils%C9%99