- Tarixi
- IX-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalı Qarakilsə rayonu Ərəfsə kəndində.
- YerləşməHazırkı toponim
Qarakilsə rayonu 02.03.1940-cı ildən – Sisian, Ərəfsə kəndi – 03.07.1968-ci ildən – Arevis [i].
[i] Yeşilot, O. Revan Türkləri / Prof. Dr. Okan Yeşilot. – İstanbul, 2016. – S. 232-333.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ərəfsə kəndində yerləşən Alban əlifbası ilə yazılı sənduqə formalı onlarla qəbir daşlarına, erməni üsulu ilə xaç və ermənicə yazılar əlavə edilərək erməniləşdirilib. Ərəb əlifbası ilə yazılı erkən orta əsrlərə məxsus qoç heykəlli qəbir daşlarının üzərindəki ərəbcə yazılar silinib və erməni abidəsi kimi nümayiş olunur.
- Məlumat
Kənddin yazılı sənduqə formalı onlarla ərəb əlifbası ilə yazılı erkən orta yüzilliklərə məxsus qoç heykəlli qəbir daşları, toponimləri qədim türk-oğuz mədəniyyəti ilə bağlıdır: Teymur yurdu (Əmir Teymurun hərbi düşərgəsinin burada yerləşdiyi güman edilir), Uz qəbri, Gotlanlı yurdu, Camal qalası (Əmir Teymurun sər-kərdələrindən birinin adıdır), Mərcanlı çuxuru, qaçaq Süleyman bulağı, Mustafa bulağı, Sarı yataq, Qaraoğlan vurulan yer, Salvartı dağı [i].
Ərəfsə kəndindəki türk-oğuz mənşəli toponimlər kənd ərazisində yerləşən müxtəlif dövrlərə aid abidələrin Azərbaycan mədəniyyətinə xas olan əlamətlərə malik olması buranın azərbaycanlıların tarixi yurd yeri olduğunu təsdiq edir.
[i] Urud, M. Zəngəzur: elmi-publisistik nəşr / Musa Urud; ideya və layih. müəl. A.Muradverdiyev; elmi red. V.Əliyev. – Bakı: Nurlar, 2005. –S. 129-130.
