- Tarixi
- 629-630-cu illər
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalı Keşişkənd rayonunun (Yeğeqnadzor rayonu) Ərgəz kəndində yerləşir
- YerləşməHazırkı toponim
Dərələyəz mahalı dəyişdirilmiş adı Vayots Dzor vilayəti Keşişkənd kəndi – 06.12. 1957-ci ildən – Yeğeqnadzor adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
İrəvan quberniyası Ərgəz kəndində yerləşən məscid tamamilə dağıdılıb
- Məlumat
Ərgəz kəndində məscid. Malışkə kəndindən 5 km şimal-şərqdə yerləşirdi. Məscid 629-630-cu illərdə tikilib. Tarixinə görə Qərbi Azərbaycanın ən qədim məscidlərindən biri hesab olunur. Məscid 1857-ci ildə uçurulub. 1871-ci ildə kənd əhalisi tərəfindən yenidən bərpa edilib. Məscidi olmayan kəndlərdən gələn insanların ibadət yeri olub. Xüsusilə, dini bayramlarda və yas mərasimlərində məsciddə əhali sayı çox olurdu. Məscidin axundu kəndin hörmətli və sayılan adamlarından biri olub. Ərgəz kənd məscidinin qədimliyi burada dini mədəni inkişafının da dərin və qədim keçmişə malik olduğunu göstərir. VIII yüzilə aid olan Hacı Cəfər məscidi də tamamilə dağıdılıb [i], [ii]. Məscid kənddə Azərbaycan dini və mədəni irsinin qədimliyini göstərən maddi-mədəni tarixi abidədir.
[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri/İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002. – S.148.
[ii] http://www.science.gov.az/news/open/16105
