Əsas şəkil

Ərgişcə kəndində qəbirüstü abidələr

Tarixi
3000 il əvvəl
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­­ha­­lının­ Kəvər ra­­yo­nu­nun Ər­gişcə kən­­din­də

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu, 13.04.1959-cu ildən Kamo

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Alban və oğuz türkləri döv­rü­nə aid qəbirüs­tü abi­də­­­lə­rin bir  çoxu dağı­dılmış, bir qis­mi isə kəndin qədim yerində azərbaycanlı­la­rın 1987–1991-ci illər­də­ki deporta­si­yasına qədər qa­lırdı. 

Məlumat

Ərgişcədəki yeganə məzarlıqda al­­ban­lara aid çox sayda qəbirüstü abi­­dələr və 2–3 metr hündürlüyündə qaya daşların­dan yonulub hazırlan­mış, üzəri naxış və təsirlər olan oğuz qəbirləri olub.  Həm oğuz kultunun, həm alban, həm də İs­lam mədəniy­yə­tinin izlərini yaşadan qə­bir­üstü abi­də­lərin mövcud­luğu burada 3000 il ər­zində eyni bir etnosun yaşadı­ğını təs­diqləyən maddi sübutlardır. 

1555-ci ilə dair rəsmi yazışma­lar­da Ər­gişcə Səfəvi-Azərbaycan dövlə­ti­nin Çuxur-Səəd bəylərbəyliyinin in­zi­bati va­hidlərindən biri kimi səciy­yə­­lən­diri­lir. Osmanlıların 1723-cü il­də Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə et­mə­­sin­­dən 5 il sonra hazırlanmış “İrəvan əya­lətinin icmal dəftəri”nin 16-cı səhi­fəsində Ərgüş kən­dinin adı yer alıb. 1826–1829-cu illər İran–Ru­siya, Ru­siya–Türkiyə mü­­ha­ribələri za­ma­nı həm dağıdılmış kəndlərin, həm də yaşayış üçün ya­rar­lı məntəqələrin siyahılarında Ər­giş­cənin adının olma­ması ona dəlalət edir ki, məhz bu mü­haribələr nəticə­sin­də Göyçədə dağıdıl­mış, sonradan isə bi­lə­­rəkdən “adı unu­dulmuş ölü kəndlər” ki­mi təsniflənmiş qədim türk yurdla­rın­dan biri də məhz Ər­gişcədir. 

Amma nə yazıq ki, bütün digər ana­lo­ji hallarda olduğu kimi, bu qədim türk yur­dunun yaşadığı faciələrin izləri də Azər­bay­can tarixşünaslığında öz ək­­sini tap­mayıb. Erməni tarixşünaslığı isə bu adın, ümumiyyətlə, tarixdən si­lin­məsi yönündə “misilsiz” xidmətlər göstərib. Dağıdılan Ər­gişcə kəndinin əha­lisi XIX əsrin orta­la­rında Karvan­sara kəndinə gedib və orada “Ərgiş­cə­li­lər məhəlləsi” deyilən yeni bir mə­həllə inşa edib orada yaşayıb[i].

Osmanlıların tətbiq etdiyi inzibati bölgü nəticəsində Ər­gişcə kəndi İrəvan əyalə­ti­nin Göyçə na­hiyəsinin idarəçiliyinə verilmişdi.
 


[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.232-233