Əsas şəkil

Ərqüş qalası

Tarixi
E.ə VIII-XV yüzillər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lında Göy­­çə gölün­dən təx­mi­nən 16 kilo­metr cə­nub­da, Göyəm sil­siləsinin Ər­giş çayının mən­bəyinə ya­xın bir zirvə­sin­də

Yerləşmə
Hazırkı toponim

Ərgüc, Ərqüş qa­lası–  “Ar­qiş”,  “Arqişti” 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ərgiş çayının mən­bəyinə ya­xın bir zirvə­sindəki xəra­bə­ləri 1988-ci il deportasiyasına qədər toxunul­ma­mış qalırdı.

Göyçə əra­zi­sin­­dəki əksər qa­la­lardan fərq­li ola­raq, Ərgişcə sahildə yox, zir­vədə ti­kildiyin­dən onun bü­növ­rəsi yuyulub dağıl­ma­yıb və məhz bu reallıq qala­nın memar­lıq həlli barədə tam təfsilatı aç­mağa imkan ve­­rir. Bu təf­silat isə kağız üzə­rin­də for­ma­­laş­dırıl­mış “ermə­ni me­marlığının ənə­nələri” ilə əs­la uzlaşmır. Qa­lıqları ermə­ni abidəsi kimi təq­dim olunur.

Məlumat

Ərqişcə (Ərqüş qalası) Göyçə gölün­dən təxminən 16 kilometr cənubda, Göyəm silsiləsinin Ərgiş çayının mən­bəyinə yaxın bir zirvəsində yerləşir. Qədim türk memarlığı üslubunda–ovalvari planda ti­kilmiş bu qalanın eramızdan əvvəlki döv­rün ikinci minilliyinə, təxminən e.ə. XVIII-XV əsrlərə aid olduğu, hətta erməni tarix­çiləri tərəfindən təsdiqlənmiş həqiqət­dir. Qalanın ümumən dəniz sə­viyə­sin­dən 2000 metr yüksəklikdə olan Göyçə hövzəsinin əlçatmaz zirvəsində tikil­məsi faktına istinadən isə belə bir qənaətə gəlmək olar ki, bu müdafiə kompleksi Oğuz Xanədanı üçün mü­hüm əhəmiyyət kəsb etmişdir. 1555-ci ilə dair rəsmi yazışmalarda Ər­gişcə Səfəvi Azər­baycan dövlətinin Çu­xur–Sədd bəy­lər­bəyliyinin inzibati vahid­lərindən biri ki­mi səciyyələndirilir. Os­man­lıların 1723-cü ildə Göyçə gölü hövzəsinə tam nəza­rət imkanı əldə et­mə­sindən 5 il sonra hazırlanmış “İrəvan əyalətinin icmal dəf­təri”nin 16-cı səhifə­sində Ərgüş kəndinin adı yer alsa da, onun vergiləri barədə məlumat verilmir. Bu qeydlərdən təkcə o bəlli olur ki, osmanlıların tətbiq etdiyi inzibati bölgü nəticəsində Ərgişcə İrəvan əyalətinin Göyçə nahiyəsinin idarəçi­li­yinə verilib­miş. 1826-1829-cu illər İran–Rusiya, Rusiya–Türkiyə müha­ribələri za­manı nə dağıdılmış kəndlərin, nə də ya­şayış üçün yararlı məntəqələrin siyahıla­rında Ərgiş­cənin adının olmaması ona dəlalət edir ki, məhz bu müharibələr nəti­cə­sində Göyçədə dağıdılmış, sonradan isə bilə­rəkdən “adı unudulmuş ölü kənd­lər” kimi təsniflənmiş qədim türk yurdla­rın­dan biri də məhz Ərgişcədir. 1873-cü ilə qədər Karvansara adı ilə tanınan kən­di bundan sonrakı sənədlərdə “Əgriş­­çay”, 1918-ci ildən sonra isə “Əyriçay” kimi qeyd etmişlər. İlk baxış­da bu cür dolaşıqlığı adi məlu­mat­­sız­lığın, yaxud da texniki qüsurun ayağına yazmaq olar. Amma... Erməni tarixşü­nas­lığının çirkin məqsədi göz qaba­ğın­dadır. Bütün bu oyunlarda məq­səd Ər­gişcə adının izlərini itirmək, XIX əsrin ortalarında Karvansa­ra­da ərgişcəlilərin yox, Əyriçay sahillə­rindəki müxtəlif oba­lardan didərgin düş­müş insanların məskunlaşması barə­də rəy formalaş­dır­maqla, diqqəti Ərgiş qa­la­sından yayın­dırmaq olub.[i]

Azərbaycanlılara aid tarixi qala, kitabə və abidələri mənimsəmək və azərbay­can­lı yaşayış məskənlərinin say və izlərini azaltmaq məqsədi ilə kəndin adı siyahıya almada qeyd olunmayıb.
 

Göyçə maha­lı­nın ən qədim ya­­şayış məs­kən­­lə­rindən biri olan Ərgüş qa­lası Şah İs­ma­yıl Xə­tainin Göyçə səfəri za­manı yo­lunu rahat bir güzar­gahla, marşrut­la yox, məhz çə­tin rel­yefli bu qalanın əra­zisi ilə da­vam etdirməsi faktı da Ərgüş­cənin Oğuzun ta­le­yin­dəki ta­rixi əhə­miyyə­tinə işarə kimi də­yər­ləndirilə bilər.


[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.232–234