- Tarixi
- IV–V əsrlər
- YerləşməƏvvəlki toponim
Kərbibasar mahalının Əştərək şəhərində
- YerləşməHazırkı toponim
Əştərək şəhəri–09.09.1930-cu ildən Aştarak
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların deportasiyasından sonra Ərik məbədi Ermənistan dövləti tərəfindən təmir və restavrasiya edilmədiyi üçün məbədin bir hissəsi, hasar və yanındakı tikililər uçub dağılıb[i].
[i] https://www.instagram.com/p/CZoMyWwsCIm/?img_index=1
- Məlumat
Əştərək şəhərinin şərq kənarındakı Abarançay qayasının kənarında, sanki keçmiş əsrlərin hadisələrinin şahidi Ərik məbədi əsrarəngiz görünüşü ilə diqqət çəkir.
Alban arşakiləri dövrünə aid Ərik məbədi alban memarlıq təfəkkürünün ən mühüm abidələrindən biridir. Uzunluğu 18–20, eni 6, hündürlüyü isə 7–8 m civarındadır. Qırmızı tuf daşdan inşa olunub. Sol yan tərəfdə bir böyük və iki kiçik pəncərə mövcuddur. Əştərək şəhərində yerləşir. Riyazi, təsviri mənbələr onun təməli haqqında bizə heç bir aydın məlumat vermir, lakin memarlıq və ixtiraçılıq xüsusiyyətlərinə görə tədqiqatçılar IV–V əsrlərə aid edirlər.
5-ci əsrdə əsaslı rekonstruksiyaya məruz qalıb, bu zaman taxta astar daş divarla əvəzlənib[i].
IV əsrlərdə Arşakilərin, VIII–X əsrlərdə ərəblərin, IX–XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərə, XI–XVI əsrlərdə Səlcuq türklərinə, XVI–XIX əsrlərdə İrəvan xanlığına tabe olan Kərbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.
1948–1953-cü illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və s. kəndlərinin əhalisi zorla Azərbaycana köçürüldü.
“Əştərək” toponimi türk dilində “yüksək dağ keçidi” mənasında işlənən “aşu” sözü ilə[i] türk dilində “qırışıqlı dağ yüksəkliyi”, “parçalanmış daş qırıntıları” (çınqıl), “uca, çoxdişli (daraq şəkilli) dağ” mənasında işlənən tarak sözündən[ii] əmələ gəlmişdir. Bu söz “dağ başında çılpaq qaya” mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir[iii] Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Toponim ərazinin azərbaycanlı-ların tarixi dövrdən burada yaşadığını göstərir.
[i] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.23,61,115
[ii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. S,23,116,543
[iii] Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
[i] https://www.instagram.com/p/CZoMyWwsCIm/?img_index=1
