- Tarixi
- XIII əsr
- YerləşməƏvvəlki toponim
Kərbibasar mahalının Əştərək şəhərində
- YerləşməHazırkı toponim
Əştərək şəhəri–09.09.1930-cu ildən Aştarak
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Məbədin hazırkı dövrdə divarları sağlam, tavan hissəsi yarıuçuq vəziyyədədir. Tavan hissəsinin ancaq iki tərəfində üçbucaq formalı tikilisi qalıb. Daşları ətrafa səpələnib. Hazırda ermənilər tərəfindən mənimsənilib “Spitakavor” adlandırılır. Məbəd pulsuz, qeyri-müəyyən istifadə hüququ ilə Erməni Apostol Kilsəsinə verilib. Hazırda o, yarıxaraba vəziyyətdədir[i].
[i] https://www.instagram.com/p/CTC2Otdo843/?img_index=3
- Məlumat
Əştərək şəhərində yerləşən məbəd XIII əsrin əvvəllərində xiristian səlcuq türkləri tərəfindən tikilmişdir. Dördbucaqlı mərtəbəli, şərq tərəfində yarımdairəvi xəndəkli və günbəz konstruksiyaya malik kiçik tikilidir. Girişlər qərb (əsas) və cənubdandır. Sarı və qırmızı tuf daşlarla tikilmişdir. Məbədin eni və uzunluğu 5, hündürlüyü isə 6 metr civarındadır.
XI–XVI əsrlərdə Səlcuq türklərinə, XVI–XIX əsrlərdə İrəvan xanlığına tabe olan Kərbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. Azərbaycanlıların yaşadığı ərazi olub. İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulandan sonra 1929-cu ildə rayonlaşdırma inzibati-ərazi bölgüsü tətbiq edildi. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.
1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Əştərək kimi[i] qeyd edilib.
“Əştərək” toponimi türk dilində “yüksək dağ keçidi” mənasında işlənən “aşu” sözü ilə[i] türk dilində “qırışıqlı dağ yüksəkliyi”, “parçalanmış daş qırıntıları” (çınqıl), “uca, çoxdişli (daraq şəkilli) dağ” mənasında işlənən tarak sözündən[ii] əmələ gəlmişdir. Bu söz “dağ başında çılpaq qaya” mənasında Dağlıq Altayın toponimlərinin tərkibində tarakay formasında işlənir[iii] Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Toponim ərazinin azərbaycanlıların tarixi dövrdən burada yaşadığınıgöstərir.
[i] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.23,61,115
[ii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. S,23,116,543
[iii] Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
[i] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162
