- Tarixi
- X yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzurun Qafan rayon mərkəzindən 35 km şimal-qərbdə, Gığı çayının sağ qolu Qarlı dərə çayının birləşdiyi geniş düzənlikdəki Gığı (Kiçik Sofulu, Sarallı) kəndində.
- YerləşməHazırkı toponim
Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Geği kimi işlədilir.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qala uçub dağılsa da, qalıqları indi də durur.
- Məlumat
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun Kığı kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Gığı çayının sağ sahilində yerləşir. Bu abidələrdən ən əhəmiyyətlisi kimi X yüzilə aid Gığı qalası orta əsr müsəlman memarlığının parlaq nümunəsidir. Qala uçub dağılsa da, qalıqları indi də durur, Gığı qalasının özülü hələ də mövcuddur [i].
Türk mənşəli “kiği” etnonimi əsasında meydana gəlib.
[i] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 150.
