- Tarixi
- VIII–IX əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonundakı Gödəkbulaq (Kediqara-bulaq, Xırdabulaq) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu– 11.06.1969-cu ildən Vardenis, Gödəkbulaq kəndi 12.08.1946-cı ildən Qarcaxpyur adlandırılıb.
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Gödəkbulaq kəndindəki alban məbədinin qalıqları indiki dövrə də gəlib çatıb. Ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Gödəkbulaq kəndi rayon mərkəzindən 15 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində yerləşir. Məbəd VIII–IX əsrlərdə kəndin kənarındakı yüksək təpəlik ərazidə inşa olunub. Məbədin tikintisində tuf daşdan istifadə olunub. Məbəd VIII–IX əsrə aid alban mədəniyyətinin izlərini yaşadan abidədir. Məbədin qalıqları 1988-ci ildə azərbaycanlıların deportasiyasına qədər vardı. Məbəd və Oğuz dövründə tikilən qalanın qalıqları bu ərazinin oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 1000–1500 illik tarixi olduğunun maddi sübutlarıdır.
Kəndin əsas sakinləri azərbaycanlılar olub. Rəsmi mənbələrdə isə kəndin adına ilk dəfə 1555-ci ilə dair sənədlərdə rast gəlinir və o, Səfəvi–Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1728-ci ildə Osmanlılar tərəfindən tərtib olunaraq təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 15-ci səhifəsindəki qeydlərdə isə Kediqarabulaq kəndi İrəvan əyalətinin Məzrə nahiyəsinin inzibati bölgüsünə daxil olan kəndlərdən biri kimi təqdim edilib. Həmin vaxt Kediqarabulağın sultan xəzinəsinə xass qismindəki ödənci 2421 ağça həcmində imiş. Yeni yaradılan erməni vilayətinin tərkibinə verilən yaşayış məntəqələri sırasında adının çəkilməməsi isə ona dəlalət edir ki, Kediqarabulaq da 1826–1829-cu il müharibələri zamanı erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında yerlə-yeksan etdiyi qədim türk yurdları sırasında olmuşdur. Amma sonradan kəndin əzəli sahibləri onu yenidən abadlaşdırmışdır ki, bu tarixi reallıq da 1873-cü ilə dair sənədlərdə təsbitlənmişdir. Amma həmin sənəddə ermənilər kəndin adını Kediqarabulaq şəklində yox, Gödəkbulaq şəklində veriblər[i].
XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra, 1828–1829-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilib. Kənddə 1886-cı ildə 226 nəfər azərbaycanlı yaşayıb[ii]. 1890-cı illərdə azərbaycanlıların buradan sıxışdırılıb çıxarılmasına çalışılıb.
1905-ci il qırğınlarından sonra kənd qarışıq kəndlər siyahısına düşmüşdür.
1918-ci il qırğınları zamanı kənd daşnaklar tərəfindən dağıdılmış, əhalinin böyük qismi öldürülmüşdür. 1922-ci ildə azərbaycanlılar doğma yurda qayıdıblar.
Toponim Azərbaycan dilində “qısa, uzun olmayan” mənasında işlənən “gödək” və “bulaq” hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Digər adı Xırdabulaq olub. Azərbaycan dilindəki “ködək”, “qısa”, “kiçik” sözündəndir. Gödəkbulaq kəndinin əzəli sakinləri türk-oğuz tayfalarının nümayəndələri olub.
