Əsas şəkil

Gölkənd (Göl) kəndində alban məbədi

Tarixi
VIII–IX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Qaran­lıq  rayonundakı Göl­kənd (Göl)  kən­dində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yo­­nu–Mar­tu­ni, Göl­kənd kəndi 03.01.1946-cı ildən Liçk adlandırılıb. Tərcüməsi “göl” de­mək­dir.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Gölkənd kən­dindəki alban məbədinin bü­növ­rə qalıqları bu yurdun ta­ri­xinin qədim­li­yinə işarə olan maddi sü­butdur. Göl­kənd mə­bə­di yarıuçuq halda 1988-ci ildə azərbaycanlı-ların kütləvi deporta­si­ya­sına  qədər qa­lır­dı[i].
 


[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.240–241 

Məlumat

Alban məbədi rayon mərkə­zin­dən 8 km məsafədə, indiki Martu­ni-Kamo şosesinin üzərində yerlə­şən kəndin müasir coğrafi mövqe­yin­dən təxminən 800 metr qərbdə Göyçə gölünün sahilindəki Göl­kənd kəndində yerləşir. Yüksək tə­pəlik yerdə tikilən məbədin inşa­sın­da tuf daşdan istifadə olunub. Mə­bədin uzunluğu 10, eni 5, hün­dür­lüyü isə dam örütüyü ilə birlik­də 6 metr civarında olub. 

Məbədin yaxınlığında Alban qə­­bir daşları və Oğuz abidələri möv­­cud olub. 1988-ci ildə azər­bay­can­lı­ların deportasiyası zamanı məbədin bünövrə qalıqları vardı. 

“İrəvan əyalətinin icmal dəftə­ri”ndə[i], Qafqazın 5 verstlik xəri­tə­sində[ii] qeyd edilmişdir. Sonra­dan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl forma­sın­da qeyd edilmişdir[iii],[iv]

1555-ci ildə Səfəvi-Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəy­li­yi­nin inzibati bölgüsünə daxil olan vahidlərdən biri olub. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalə­ti­nin icmal dəftəri”nin 12-ci səhifə­sin­də aparılmış qeydlərdən isə bəl­li olur ki, Osmanlıların tətbiq et­di­yi inzibati bölgüyə əsasən, Göl kən­di Göyçə nahiyəsinin inzibati ərazisinə daxil edilibmiş və onun sultan xə­zi­nəsinə illik ödənci 3823 ağça həc­mində müəyyənləş­dirilib­miş. XIX əs­­rin əvvəllərində yeni ya­radılmış er­məni vilayətinin ida­rə­çi­liynə veril­miş kənd Göyçə höv­zəsində o za­man yaşayış üçün yararlı sayılan ən iri yaşayış məntəqələrindən biri olub. 

İ.Şopenin tərtib etdiyi siyahılara görə, 1831-ci ildə azərbaycanlı əha­lisinin sayı 573 nəfərə çatıb. Göl kəndində 1886-cı ildə azər­bay­can­lıların sayının 1831-ci ildə­ki 573 nə­­fərdən azalaraq 370 nəfə­rə çat­ması müqabilində, ermənilə­rin sayı sıfır həddindən 284 nəfərə qədər artmışdır. 1914-cü ildə isə azər­bay­can­lıların sayı 1886-cı il həd­din­dəkindən 4 dəfə aşağı – 86 nə­fər olduğu halda, ermənilərin sayı 2 dəfə artaraq 532 nəfərə çatmışdı. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni soyqırımına məruz qalıb və əhali kəndi tərk etməyə məcbur olub. 

Toponim Azər­baycan dilində “də­niz­lə bilava­sitə əlaqəsi olmayan təbii su hövzəsi” mənasında işlənən “göl” sözü ilə[i] kənd sözünün birləşməsin­dən əmələ gəl­mişdir. Hidrotopo­nimdir. Qu­ru­luşca mürək­kəb toponim­dir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyul­muş­dur[ii].

 
 


[i] Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.194

[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝөлкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с


 


[i] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.57

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.59

[iii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66

[iv] Ermənistan SSR. İnzibatiərazi bölgüsü, İrəvan, "Ayastan", 1976. s.113