Əsas şəkil

Gölkənd (Göl) kəndində qəbirüstü at və qoç heykəlləri

Tarixi
V–VI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Qaran­lıq  rayonun­dakı Gölkənd (Göl)kən­dində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yo­nu–Mar­tu­ni, Göl­kənd kəndi 03.01.1946-cı ildən Liçk adlandırılıb. Tərcüməsi “göl” demək­dir.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Azərbaycanlıların depor­ta­siya edildiyi 1988-ci ilə qə­dər oğuz kul­tu nümu­nə­­ləri qoç və at heykəllə­rinin bir qismi qalmaqda idi[i]. Sonrakı dövrlərdə er­mə­ni element­ləri əlavə edi­lib “erməni abidəsi” kimi təqdim olu­nur. 


 


[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.240-241

Məlumat

Qəbirüstü at və qoç heykəlləri rayon mərkəzindən 8 km məsafədə, indiki Martuni-Kamo şosesinin üzə­rində, kəndin müasir coğrafi mövqeyindən təxminən 800 metr qərbdə Göyçə gölünün sahi­lin­dəki Gölkənd kəndi ərazisindəki qədim qəbiristanlıqdadır. 

Qəbiristanlıqda alban qəbirüstü abidələri, 2–3 metr hündürlü­yün­dəki oğuz qəbir abidələri ilə yanaşı, yenə oğuz türklərinin digər boyla­rına məxsus çox sayda qəbirüstü at və qoç heykəlləri də olub. 1918–1920, 1948–1953 deportasiyaları dövründə digər abidələrlə birlikdə at və qoç heykəlləri də ermənilər tərəfindən dağıdılıb. Qoç heykəllə­rinin uzunluğu 1,2–1,5, hündürlüyü isə 0,5–0,6 m civarında olub və qaya daşlarından yonularaq hazır­lanıb. 

Bu kənd Qafqazın 5 verstlik xəritəsində[i] qeyd edilmişdir. Son­radan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilə­rək, erməni mənbələrində Göl for­ma­sında qeyd edilmişdir[ii],[iii].

1555-ci ildə Səfəvi-Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəy­li­yinin inzibati bölgüsünə daxil olan vahidlərdən biri olub. 1728-ci ildə Osmanlılar tərəfindən tərtib edil­miş “İrəvan əyalətinin icmal dəftə­ri”nin 12-ci səhifəsində aparılmış qeydlərdən isə bəlli olur ki, Os­manlıların tətbiq etdiyi inzibati böl­güyə əsasən, Göl kəndi Göyçə na­hi­yəsinin inzibati ərazisinə daxil edilibmiş və onun sultan xəzinəsinə illik ödənci 3823 axça həcmində müəyyənləşdirilibmiş.

XIX əsrin əvvəllərində yeni ya­ra­dılmış erməni vilayətinin idarəçi­liy­nə verilmiş kənd Göyçə höv­zə­sində o zaman yaşayış üçün yararlı sayılan ən iri yaşayış məntəqə­lə­rindən biri olub. İ.Şopenin tərtib etdiyi siyahılara görə, 1831-ci ildə  azərbaycanlı əhalisinin sayı 573 nəfərə çatıb. Göl kəndində 1886-cı ildə azərbaycanlıların sayının 1831-ci ildəki 573 nəfərdən azala­raq 370 nəfərə çatması müqabi­lin­də, ermənilərin sayı sıfır həddindən 284 nəfərə qədər artmışdır. 1914-cü ildə isə azərbaycanlıların sayı 1886-cı il həddindəkindən 4 dəfə aşağı – 86 nəfər olduğu halda, er­mə­nilərin sayı 2 dəfə artaraq 532 nəfərə çatmışdı. 1918-ci ildə kən­din azərbaycanlı əhalisi erməni soy­qı­rımına məruz qalıb və sağ qalanlar kəndi tərk etməli olublar.
Abidələr bu yurdun tari­xinin qədimli­yinə, oğuz eli olduğuna işa­rə edən maddi sübutlardır.

To­po­nim Azər­­­baycan dilində “də­nizlə bilava­sitə əlaqəsi ol­mayan təbii su hövzəsi” mə­nasında iş­lənən “göl” sözü ilə[i] “kənd” sözü­nün birləşmə­sindən əmələ gəlmişdir. Hidrotopo­nimdir. Quru­luş­ca mürək­kəb toponim­dir. Kəndin adı erməni di­linə kalka edi­lərək Liçk (Göl) qoyul­muş­dur[ii].


 


[i] Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.194

[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝөлкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.59

[ii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66

[iii] Ermənistan SSR. İnzibatiərazi bölgüsü, İrəvan, "Ayastan", 1976. s.113