- Tarixi
- XIII–XIV əsrlər
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Gorus rayonunun Dığ (Tex) kəndində
- YerləşməHazırkı toponim
Gorus rayonu–Goris, Dığ kəndi-Teğ kimi dəyişdirilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Dığ kənd məzarlığındakı abidələr ermənilər tərəfindən azərbaycanlıların deportasiyasından sonra dağıdılıb. Bu qəbirüstü abidə hazırda yerləşdiyi ərazidə unudulmuş və dağıdılmış vəziyyətdə qalmaqdadır[i].
[i] https://www.facebook.com/photo/?fbid=471493159593486&set=a.105289376213868
- Məlumat
Qəbirüstü abidə Dığ kəndinin kənarındakı təpəlik ərazidəki qədim məzarlıqda yerləşir. Azərbaycanlılara məxsus olan məzardakı sinə daşının üstünə dördkünc formada üzərində təsvirlər olan abidə qoyulub[i]. Abidə ağ qaya daşı yonularaq hazırlanıb. Sinə daşının uzunluğu 1–1,20 metr, eni 0,5–0,6 m civarında, qəbirüstü abidənin isə uzunluğu 1 metr, hündürlüyü 0,6 m civarındadır. Dığ kəndi Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. Azərbaycanlılar 1926–1929-cu illərdə kənddən sıxışdırılıb çıxarılmışdır. İndi ermənilər yaşayır.
Toponim fars dilində “kənd, qışlaq” mənasında işlənən dex (> tex) sözündən [i] yaranmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
[i] Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.177
[i] https://www.facebook.com/photo/?fbid=471493159593486&set=a.105289376213868
