- Tarixi
- XIX-XX yüzil
- YerləşməƏvvəlki toponim
Hamamlı rayonunun Qursalı kəndində
- YerləşməHazırkı toponim
Hamamlı rayonu–Spitak
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Göy Məhəmməd günbəzi 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasından sonra ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Göy Məmməd günbəzi Hamamlı (Spitak) rayonunun Qursalı kəndində yerləşir. Göy Məmməd adlı şəxs Əfəndi dərəsinin qırağında, Zağa deyilən tarixi abidə ilə üzbəüz, magistral şose və dəmiryolunun aralığında dəfn edilmişdir. Onun qəbri üzərində günbəz tikilmişdir.
Bu günbəzvari qəbir–məqbərəsinin tikintisində böyük həcmdə süd və yumurta işlədilmişdir.[i]
Göy Məmməd günbəzi kəndin tanınmış tayfaları və onların nümayəndələri üçün inşa olunub və tarixi torpaqlardakı maddi–mədəni irsi təmsil edir.
[i]Rəşid Namaz, Vaqif Sayadoğlu. “Pəmbək mahalının Qursalı kəndi”. Bakı, “Adiloğlu”, 2007. səh.17
