- Tarixi
- V-VI yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Eçmiədzin Aleksandropol qəzasında, indiki Talin rayonundakı Gözlü kəndində
- YerləşməHazırkı toponim
Eçmiədzin qəzası– Aleksandropol, Gözlü kəndi–12.11.1946-cı ildən–Akunk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Gözlü kəndindəki məbəd hal–hazırkı dövrdə də qismən yararlı vəziyyətdə qalmaqdadır. Ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Alban məbədi Gözlü kəndindən bir az aralıda, çay kənarında yerləşir. Qırmızı tuf daşdan tikilən məbədin uzunluğu 10 metr, eni 5 metr, hündürlüyü isə 4 metr civarındadır. Məbədin ətrafı yaşıl otlarla əhatə olunub, 30-35 metr kənarından çayın kiçik qolu keçir. Məbədin divar və dam, qüllə hissəsi qismən yararlı vəziyyətdədir. Damın üstünü göyərmiş hündür otlar basıb. (Mənbə: 2.04.2011-ci ildə çəkilən fotoya istinadən).[i]
Qafqazın 5 verstlik xəritəsində[ii] qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. “Türkmənçay” müqaviləsindən sonra, 1829-1832-ci illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, İranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur.[iii]
Toponim “gözlü” tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[i]
[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002,
696 səh. ISBN 5–8066–1452–2
[i] https://www.facebook.com/photo/?fbid=121887491220723&set=a.104868492922623
[ii] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.59
[iii] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.146
