Güllübulaq qəbirüstü abidələri
Amasiya (Ağbaba) rayonundakı Güllübulaq kəndində
2007-ci ildə Bürakn adlandırılıb
Memarlıq
1988-ci il deportasiyasından sonra kənddəki abidələrin bir qismi dağıdılıb qalan hissəsi isə erməniləşdirilib
Güllübulaq qəbiristanlığı türk-oğuz tayfalarının qədim yaşayış yurdu olub. Qədim qəbiristanlıq deyilən ərazidə çox sayda qəbirüstü at və qoç heykəlləri mövcuddur. Bununla yanaşı bəzi qəbir daşları üzərində alban və müxtəlif türk tayfalarına aid yazı və təsvirlərə də rast gəlinib. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kənddə məscid, pirlər və ziyarətgahlar və qədim qəbirüstü abidələr mövcud olub. Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olub. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşayıb. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məs-kunlaşıblar [i], [ii], [iii], [iv].
Güllübulaq qəbiristanlığındakı qəbirüstü abidələr burada qədimdən azərbaycanlıların yaşadığını təsdiq edən maddi mədəni dəlildir
[i] İrəvan əyalətinin icmal dəftəri / Azərb. Resp. EA, Şərqşünaslıq İn-tu; araşdırma, tərcümə, qeyd və əlavələrin müəl.: Z.Bünyatov, H.Məmmədov (Qaramanlı). – Bakı: Elm, 1996. – S. 127.
[ii] https://armenianvandalism.preslib.az/az_armenia.html
[iii] http://www.iravan.info/
[iv] Zümrüd. Qəriblikdə ümid çırağı // Səs. – 2009. – 18 sentyabr. – S. 12.