- Tarixi
- IV-V yüzil
- YerləşməƏvvəlki toponim
Amasiya rayonunun Gülsehran (Çivinli) kəndində
- YerləşməHazırkı toponim
Gülsehran (Çivinli) kəndinin adı 19.04.1991-ci ildə dəyişdirilib, Yenacur qoyulmuşdur.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Gülsehran kəndində Alban məbədi X-XI əsrlərdən öz əhəmiyyətini itirmiş, sonralar ermənilər tərəfindən onlara aid abidə olmadığı üçün anbar kimi istifadə edilmişdir.
- Məlumat
Qədim Alban məbədi Amasiya rayonunun Gülsehran (Çivinli) kəndində yerləşir. Alban məbədi keçmiş alban–türk mədəniyyət tarixindən xəbər verir. Alban məbədin təxminən IV-V əsrlərdə tikildiyi güman edilir.
Qırmızı daşla kvadrat formada tikilib. Eni–uzunu 7–8 metr, hündürlüyü 9–10 metr olmuşdur.
Bu ibadət yeri X-XI əsrlərdən öz əhəmiyyətini itirmiş, sonralar anbar kimi istifadə olunmuşdur.[i]
Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar olmuşdur.[i]
[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20
[i] Tacir Səmimi. “Gülsehran”. Bakı, “Apostrof”, 2009. səh.28
