- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Şöreyel livasında kənd olmuş sonra isə şəhərə çevrilmiş Gümrü şəhərində
- YerləşməHazırkı toponim
Gümrü–1837-1924-cü illərdə Aleksandropol, 1924-1990-cı illərdə Leninakan, 1990-cı ildən isə Kumayri adlandırılır.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə məscidin qalıqları mövcud olub.
- Məlumat
Gümrü məscidinin göründüyü nadir fotolardan biri 1869-1872-ci illərdə çəkilib. Məscidin ətrafında yerləşən binaların əksəriyyəti şərq memarlığı üslubunda tikilmiş azərbaycanlı evləri və müxtəlif mənşəli tikililərdən ibarətdir. Məscidin olduğu məhəllə ticarət və iş yeri baxımından şəhərin ən gur səmtlərindən biri idi. Fotoda Gümrünün ticarət məhəlləsi Surb Nişan kilsəsi, Gümrü məscidi və sinaqoq görünməktədir.[i] Məscid böyüklüyü və əzəməti ilə şəhərin görkəm və arxitekturasına başqa bir gözəllik qatırdı. Sovet hakimiyyəti dövründə məscidin bərpasına icazə verilmədiyi üçün xarabalığa çevrilib.[ii] Sovet dövründə yarı uçurulmuş vəziyyətdə olan məscidin qalıqları 1988-ci il deportasiyasına qədər qalmaqda idi.
Gümrü məscidi qədim dövrlərdən Azərbaycan irsini bu ərazidə yaşadan tarixi abidə kimi əhəmiyyət daşıyır.
