- Tarixi
- XIX əsr
- YerləşməƏvvəlki toponim
Gümrü şəhəri yaxınlığında
- YerləşməHazırkı toponim
Gümrü şəhəri – 1837-ci ildə Aleksan-dropol, 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayri adlandırılmışdır.[i]
[i] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүмрү // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlı-ların sonuncu deportasiyasın-dan sonra onların sakral inanc yerlərindən olan Gümrü piri ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
1728-ci ilə aid türkcə mənbədə Kumri kimidi[i]. Qədim forması Kəmər (yaxud Qəmər). E. ə. VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən indiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər, yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. “Kümrü” toponiminin Kəmər etnonimindən gəldiyini elə erməni tarixçiləri yazmışlar. Lakin onlar kimmerləri İrandilli tayfa saydıqlarına görə bu adı dəyişdirmirlər[ii].
Gümrü piri, Gümrü şəhəri yaxınlığında yerləşirdi və 3 metr civarında uzun bir daşdan ibarət idi. Pirin ətrafı daş hasarla əhatə olunmuşdu. Bura bölgənin ən çox tanınan sınaqlı ziyarətgahlarından hesab olunurdu. Pir övladı olmayan qadınlar, ruhi və psixi xəstəlikləri olan insanlar tərəfindən daha çox ziyarət olunurdu. Piri ziyarətətə gələn insanlar dua edib, nəzir deyərdilər.
Gümrü şəhərinə ermənilər 1830-cu ildə Türkiyənin Ərzurum bölgəsindən köçürülüb[i].
[i] Тифлис, Канцелярии Наместника Кавказского. 1851. "Кавказский календарь на 1852 год", стр. 275
