Hacı Abbas məscidi
Zəngibasar mahalı, Zəngibasar rayon mərkəzi Uluxanlı qəsəbəsindən 11 km şimal-şərqdə, Zəngi çayının sağ sahilindəki Mehmandar (Şorlu Mehmandar) kəndində yerləşir.
3.01.1935-ci ildə kəndin Şorlu Mehmandar adı dəyişdirilərək Mehmandar adlandırılıb.
25.01.1978-ci ildə isə Hovtaşat adı ilə dəyişdirilib.
Memarlıq
1919-cu il deportasiyası zamanı yandırılıb. Sovet hakimiyyəti illərində kəndə qayıdan əhali tərəfindən təmir edilib. 1988-ci il deportasiyasına qədər məscid kimi fəaliyyətinə icazə verilmədiyindən müxtəlif cür istifadə olunub. 1988-ci il deportasiyasından sonra məhv edilib
Hacı Abbas ağa məscidi təxmini tarixlə 1840-cı ildə Hacı Abbas ağa tərəfindən tikilib və məscidə onu tikdirən şəxsin adı verilib. Məscid Türkiyə və İrandan gətirilmiş ustalar tərəfindən inşa edilib, Zəngibasar və Üçkilsə mahalındakı bütün müsəlmanların ibadət və ziyarət məkanına çevrilib. 1915-1918-ci illərdə ermənilərin hücumuna məruz qalan kənd əhalisi məscidə sığınıb, əli silahlı kişi əhali isə məscidin kənarında keşik çəkərək onları qoruyub [i], [ii], [iii], [iv].
1831-ci ildən ancaq azərbaycanlıların yaşadığı kənddə inşa edilən Hacı Abbas məscidi də kəndin azərbaycanlılara aid olduğunu isbat edir.
[i] Шопен, И. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи / Иван Иванович Шопен. – СПб., 1852. – С. 575-578.
[ii] Арутюнян, В.М. Памятники армянского зодчества / В.М.Арутюнян, С.А.Сафарян. – М., 1951. – С. 42.
[iii] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 158-161.
[iv] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 80.