- Tarixi
- VI-VII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Üçkilsə rayonu Hacı Qara kəndində
- YerləşməHazırkı toponim
Üçkilsə rayonu–Eçmiədzin, Hacı Qara kəndi 3.l.1935-ci ildən–Aygeşad
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Alban məbədi erməni abidəsi olmadığı üçün ermənilər tərəfindən dağıdılıb. Ərazidə sağ, sol, arxa divarları yarı uçmuş, qabaq tərəfin isə sağ divarının xarabalığı qalıb.[i] (Mənbə: 26.12.2011-ci ildə yayımlanan foto)
[i] https://www.facebook.com/photo/?fbid=105187892890683&set=a.104869906255815
- Məlumat
Hacı Qara kəndindəki alban məbədi Kənd ərazisində albanların yaşadığı dövrdə, dördkünc formada yonulmuş böyük daşlarla inşa edilib. Məbədin eni 3,5 metr, uzunluğu 4–4,5, hündürlüyü isə 5 metrə civarında olub.[i] Arxa hissədə eni 50 sm, uzunluğu isə 1 metr civarında, üst hissəsində oval pəncərəsi var. Kəndə yaxın olan məbədin üst tavan və qabaq qapı tərəfinin bir hissəsi uçub, dağılıb. Yarıuçuq vəziyyətdə olan məbədin daşları ətrafına səpələnib. 1590-cı ildə tərtib edilmiş, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Hacı Qaralı kimi[ii], Qafqazın 5 verstlik xəritəsində Hacı Qara formasında[iii] qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər bura “Türkmənçay” müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür.[iv] Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır[v]. Azərbaycanlılar XX əsrin əvvəllərindən tarixi–etnik torpaqlarından deportasiya olunub.
Toponim Qara Hacılı türk etnoniminin[i] əsasında əmələ gəlmişdir. Qara Hacılı etnonimi inversiyaya uğrayaraq Hacı Qara, Hacı Qaralı formasına[ii] çevirmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim, qeyd olunan tarixi məlumat və məbəd ərazinin azərbaycanlılara aid yurd yeri olduğunu göstərir.
[i] Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.16
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, “Elm”, 1996. s.162
[i] https://www.facebook.com/photo/?fbid=105187892890683&set=a.104869906255815
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, “Elm”, 1996. s.162
[iii] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.54
[iv] Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.228
[v] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.82–83, 152–153
