- Tarixi
- 1291-ci il
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalının Paşalı rayonundakı Herher kəndində
- YerləşməHazırkı toponim
Paşalı rayonu 15.10.1931-ci ildə yaradılıb. 12.10.1956-cı ildən Əzizbəyov, 1991-ci ildə dəyişdirilərək Vayk rayonu adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Herher kəndində alban məbədi qarqar türk tayfası tərəfindən tikildiyi üçün ermənilər tərəfindən tərk edilib. Hazırkı dövrdə qismən yararlı vəziyyətdədir. Dam hissəsinin kirəmitlərinin bir neçəsi sınıb. [i]. 1987–1991-ci illərdə baş verən azərbaycanlıların son deportasiya-sından sonra azərbaycanlı izlərini silmə prosesində adıkeçən məbədi də “erməni abidəsi” kimi təqdim edirlər.
[i] https://az.wikipedia.org/wiki/Herher
- Məlumat
Herher məbədi rayon mərkəzindən 17 km şimal-qərbdə, Şərqi Arpaçayın sağ qolu olan Herherçayın yanındakı Herher kəndinin kənarındakı yüksək ərazidə yerləşir. 1291-ci ildə Qarqar tayfası tərəfindən qəhvəyi tuf daşdan və ağ su-vaqdan istifadə olunaraq inşa edilib[i]. Ətrafında qəbiristanlıq var. Məbəd eyni ölçü və quruluşa malik iki bitişik kompleksdən ibarətdir. Baxanda eyni zamanda iki ayrı-ayrı məbəd təəssüratı yaradır. Bitişik iki məbəd kompleksinin uzunluğu 17–18, eni 10, hündürlüyü isə dam hissəsi daxil 6–7 metr civarındadır. Hər iki tikilinin yuxarısı oval olub, 1 metr genişliyi, 2–2,5 metr hündürlüyündə giriş qapısı mövcuddur. Ön və arxa tərəflərində kiçik pəncərə var, yüksək ərazidə yerləşdiyi üçün buradan ətraf yollar və kəndləri müşahidə etmək mümkün olub.
Herher kəndi 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Hərhər kimi[ii], Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında[iii] qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir[iv],[v],[vi]. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır[vii] Kəndin adı indi Gerger (Gərgər) formasında işlənir. Elə Gərgər qarqar türk etnoniminin səs dəyişməsi əsasında yaranan bir variantıdır. 1728-ci ilə aid mənbədə Dərələyəz nahiyəsində Hərhər kimidir[viii],[ix].
Burada 1831-ci ildə yalnız 213 nəfər azərbaycanlı yaşamışdır[x]. 1850–1870-cı illərdə kəndə İranın Salmas vilayətindən köçürülmüş ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873-cü ildə 647, 1886-cı ildə 656, 1897-ci ildə 1047, 1914-cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilərin təcavüzünə məruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156, 1926-cı ildə 220, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır[xi]. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–1953-cü illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi kənddə ermənilər yaşayır.
Toponim Strabonun “Coğrafiya” əsərində adı çəkilən qarqar tayfasının adından yaranmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir[i],[ii] Qarqar etnonimində q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır: qamu-hamı, qansı-hansı sözlərindən q~h səs əvəzlənməsi özünü aydın şəkildə göstərir. Ümumiyyətlə, XVIII əsrə qədər h səsi ilə başlayan sözlər (sual əvəzlikləri) q səsi ilə işlənmişdir[iii]. Herher etnotoponimdir. Quruluşca sadə toponimdir.
[i] Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.77-82
[ii] Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.183-187
[iii] Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20
[i] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һерһер // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 256.
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
[iii] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.61
[iv] Korkotyan Zaven. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. c.90
[v] Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. c.104
[vi] Cборник сведений о Кавказе, т.V, Тифлис, 1879, № 745
[vii] Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.104
[viii] Армянская география VII века по Р.Х. Спб., 1877.
[ix] Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
[x] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.90-91, 158-159
[xi] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.90-91, 158-159
