Hors kənd abidələri
Dərələyəz mahalı Keşişkənd (Yeğeqnadzor) rayonunda Hors kəndində.
1728-ci ildə çap edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Xors kimi qeyd edilib [i].
[i] https://az.wikipedia.org/wiki/Hors
Memarlıq
Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII-XIV yüzil) olan zəngin tarixi abidələrin bir hissəsi erməni elementlər əlavə olunaraq mənimsənib, qalan hissəsi isə tamamilə məhv edilib [i].
[i] http://www.anl.az/down/ meqale/xalqcebhesi/xalq cebhesi_noyabr2009/96 365.htm
Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. Bu qədim azərbaycanlı kəndində XII-XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII-XIV əsrlər) vardır. Kənd sakinləri 1919-cu ilin sonlarında ermənilərin təcavüzünə məruz qalaraq tamamilə qovulub. Kənddə İrandan köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda biliblər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 192, 1926-cı ildə 172, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr ayında azərbaycanlılar yenidən qovulub. İndi orada ermənilər yaşayır [i].
Toponim xors türk etnonimi əsasında əmələ gəlib. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğundur. Xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir.
[i] Qeybullayev, Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair) / Q.Qeybullayev . – Bakı: Elm, 1990 . – S. 103.