- Tarixi
- VI–VII əsrlər
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalının Keşişkənd rayonunun Hors kəndində
- YerləşməHazırkı toponim
Keşişkənd rayonu 15.10.1931-ci ildə yaradılıb. 03.01.1935-ci ildən Mikoyan, 06.12.1957-ci ildən Yeğeqnadzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Hors kəndində yerləşən alban məbədi Ermənistan hökümətinin etinasızlığı ucbatından uçub dağılıb, tərk edilib. İndiki dövrdə xarabalığı qalıb.
- Məlumat
Tarixi alban məbədinin qalıqları rayon mərkəzindən 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanındakı Hors kəndində yerləşir. Məbəd VI–VII əsrlərdə inşa edilib. Uzunluğu 6–7, eni 3,5–4, hündürlüyü isə dam örtüyü ilə birlikdə 6 metr civarında olub. Tikintisində qəhvəyi tuf daş və ağ suvaqdan istifadə olunub.
Məbədin yaxınlığında alban abidələri ilə yanaşı, oğuz qəbirləri də vardı[i]. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır[ii]. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Xors kimi[iii] qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 26, 1873-cü ildə 649, 1886-cı ildə 904, 1897-ci ildə 1136, 1904-cü ildə 971, 1914-cü ildə 958, 1916-cı ildə 1337, 1919-cu ildə 664 nəfər yalnız azərbaycanlılar yaşamışdır. Onlar 1919-cu ilin sonlarında qovulmuşdur. Kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 172 nəfər, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır[iv]. 1988-ci ilin noyabrında əhali qovulmuşdur. Kənddə indi ermənilər yaşayır.
Toponim “xors” türk etnonimi[i],[ii] əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır[iii]. Xors etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir[iv] ,[v] . Quruluşca sadə toponimdir. Albaniya və ona bitişik bölgələrdə yaşamış türk mənşəli Qorus (Gorus) tayfasının adını əks etdirir. İndiki Şabran rayonunun ərazisi erkən orta əsrlərdə bu elin adı ilə “Xursan” adlanırdı.
[i] Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.103
[ii] Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.189
[iii] Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20, 117
[iv] Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.10–11, 104
[v] Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.129–132
[i] https://az.wikipedia.org/wiki/Hors
[ii] Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.71
[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59
[iv] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161
