Əsas şəkil

İnəkdağı (İkdağı) piri

Tarixi
XIX–XX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Basar­ke­çər rayo­nu­nun İnək­dağı, 1976-cı ildən Yeni­kənd adla­nan kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu  in­diki Varde­nis, İnəkda­ğı kəndi 19.04.1991-ci ildən Tre­tuk

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Azərbaycanlı-ların sonuncu deportasiyasın-dan sonra on­la­rın sakral inanc yerlərin­dən olan İnək­dağı (İkdağı) piri ermənilər tərəfindən da­ğı­dılıb.

Məlumat

Kəndin ilk adı “İnəkda­ğı” sözünün mənası kən­din şimal his­səsindəki yük­səklikdə yer­lə­şən inək for­masında olan dağın adı ilə adla­nır. Kənd rа­yоn mərkəzi 

Bаsаrkеçər­dən 19 km mə­sаfədə yеr­lə­şir. İnək­da­ğı kəndinin ya­ranma tari­xi aldığımız mənbələrə gö­rə, XVIII əsrin başlan­ğı­cında (1715–1720) Dərişdilər tay­fasından olan Qazax Məm­mə­din adı ilə bağlıdır.

İkdağı piri İnəkdağı kəndindən 1 km şimal hissədə yerləşir. Pir yer­li əhali arasında sınaqlı yer kimi ta­nınır. “İnək­dağı (İkdağı) piri” adla­nan pir bölgə insanının sakral inancı olan dini abidədir. Pirə kənd əhalisi ilə birlikdə qonşu kəndlərin də əha­lisi niyyət edər, nəzir dilər və qur­ban kəsərdi.

Kənd rayon mərkəzindən 14 km şi­mal tərəfdə yerləşmişdir. 1905–1907-ci illərdə kənd əhalisinin bir hissəsi dağ­larda gizlənmiş, qalanlar doğma yurdlarından qaçqın düş­müş­dür. Əhali 1907-ci ilin yazında ye­ni­dən doğma kən­­dinə qayıtmışdır. Az bir hissəsi isə həmin yerlərdə qal­mışdır. Qaçqınlıq zamanı kəndin təxminən 60–70 evi, 250–300 nəfə­rə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdə də kənd əhalisi doğ­ma yurdlarından çıxa­rıl­mışdır. Qaç­­qın düşəndə kənd əhali­sindən həlak olanlar olmuşdur. Kənd əhalisi 1921-ci ilin yazından 1930-cu ilə qədər öz kəndinə qayıtmış, az bir his­səsi isə həmin yerlərdə qalmış­dır. O zaman kəndin 100 evi, 450–500 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illər­də­ki deportasiya zamanı kənd əhalisi köçürülməyib, o zaman kəndin 120 evi, 480–530 nəfərə yaxın əhalisi olmuşdur. 1987–1991-ci illərdəki deportasi­ya­da kənd əhalisi doğma yurdlarından qaç­qın düşmüşdür. Deportasiya za­manı kən­din 150–160 evi, 850–900 nəfərə yaxın əhalisi olmuşdur[i]
 


[i]  Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.