- Tarixi
- IV–V əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun İnəkdağı (1873-cu ildən başlayaraq İməkdağı adı erməni mənbələrində hansı səbəbdənsə, bəlkə də məqsədli şəkildə “İnəkdağı” kimi yazılmışdır), 1976-cı ildən Yenikənd adlanan kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu– Vardenis, İnəkdağı kəndi 19.04.1991-ci ildən Tretuk
- Təsnifatı
Dekorativ tətbiqi sənət
- Mövcud vəziyyəti
İnəkdağı kəndində mövcud olan qəbirüstü kitabələrin bir çoxu ermənilər tərəfindən dağıdılıb. Qalanlar isə üzərinə erməni elementləri əlavə olunub, erməniləşdirilib, “erməni abidələri” kimi təqdim edilir.
- Məlumat
Göyçə gölünün cənub-şərqində, Basarkecər kəndindən (indiki Vardenis şəhəri) 13 kilometr şimalda, dəniz səviyyəsindən 2109 metr yüksəklikdə yerləşən bu kəndin IV–V əsrlərə aid qədim məzarlıqdakı qəbirüstü kitabələrin qalıqları İməkdağının oğuz turkləri tərəfindən binələşdirilməsinin azı 1500 illik tarixinə şəhadət verən maddi sübutlardır.
XVI əsrə dair məxəzlərdə isə İməkdağı Səfəvi-Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil olan türk obalarından biri kimi səciyyələndirilir.
Kənddə azərbaycanlıların sayı 1873-cu ildə 317 nəfər olmuş; sonrakı dövrlərdə bu göstərici dinamik şəkildə artaraq 1886-cı ildə 469, 1897-ci ildə 517, 1904-cü ildə 567, 1914-cü ildə 674 nəfər təşkil etmişdir. 1919-cu il aprelin 13–20-si aralığında Andronikin quldur qoşununun Göyçədə torətdiyi vəhşiliklər zamanı İnəkdağı kəndi də talan olunmuş, əhali doğma ocağını müvəqqəti olaraq tərk etmək məcburiyyətində qalaraq, əsasən Şəmkir nahiyəsinə pənah gətirmişdi. 1922-ci ildə kəndə qayıdanların sayı cəmi 297 nəfər, yəni 1914-cu ildəki əhalinin 40 faizi həddində olsa da, İnəkdağının bərpası və abadlaşması sürətlə aparılmış, 1931-ci ildə kənd əhalisinin sayı 383 nəfərə catmışdı. Bu inkişaf erməniləri əndişələndirdiyi üçün mahalın digər kəndləri kimi İnəkdağı da daim repressiyalara məruz qoyulmuş, kəndin bir sıra ziyalıları kolxoz quruluşunun əleyhdarları kimi sürgün edilmiş, bir qismi isə 1948–1953-cü illərdə həyata keçirilən dövlət səviyyəli deportasiya siyasətinin əhatə dairəsinə Salınaraq kənddən cıxarılmışdır. 1988-ci ildə 1800-dən cox kənd sakini 3 gün ərzində deportasiya edildi [i].
Kəndin ilk adı “İnəkdağı” sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerləşən inək formasında olan dağın adı ilə adlanır. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi mənbələrə görə, XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır.
[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.261-262
