İrəvan qəbirüstü abidələri
1828-ci ilədək İrəvan, 1828-1936-cı illər Erivan.
1936-cı ildən Yerevan.
Memarlıq
İrəvan qəbiristanlığındakı tarixi abidələr ermənilər tərəfindən məhv edilib.
İrəvan şəhərindəki qədim qəbiristanlıq Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid qəbirüstü abidələrlə zəngindir. Türk-oğuz abidələrinin sayca çoxluq təşkil etdiyi qəbiristanlıqda daş lövhə üzərində çərçivə içərisində iki qoç heykəli və at belində əlində yayı çəkili vəziyyətdə duran orta yüzilliklərə aid oğlan təsviri, qoç fiqurları, daş üzərindəki insan təsvirləri mövcuddur [i]. Qəbiristanlıqda belə abidələrin çoxluq təşkil etməsi ərazidə Azərbaycan tarixinin qədim keçmişindən xəbər verir.
İrəvanda qədim dövrün tarixi izlərini yaşadaraq özündə əks etdirən qəbiristanlıqdakı türk-oğuz tayfalarına aid abidələr, bölgənin Azərbaycan yurdu olmağı ilə yanaşı, Azərbaycan tarixinin qədim dövrünün öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
[i] İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycana köçürülməsi / AMEA. A.A.Bakıxanov adına Tarix İnstitutu; müəl.: Y.Mahmudov, T.Mustafazadə, S.Məmmədov və b.; elmi red. Y.Mahmudov . – Bakı, 2010. – S. 242-247.