Əsas şəkil

İrəvan şəhərində sərdabə

Tarixi
1319-cu il
Yerləşmə
Əvvəlki toponim

İrəvan şəhə­rində

Yerləşmə
Hazırkı toponim

1828-ci ilə­dək İrəvan, 18281936-cı illərdə Eri­van, 1936-cı ildən Yerevan adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Tarixi türbə­nin üzərində hazırda gecə klubu fəaliy­yət göstərir. 

2024-cü il fev­ral ayında CBC kanalı İrəvanda abi­də­nin üzərində yerləşən gecə klubunda çəki­liş edib. Bu abidəyə ziya­rət­çi buraxıl­mır. Foto­ları ora enməyə (9 metr dərinlik­də yerləşir) mü­vəffəq ol­muş bir ermə­ni çəkib. Hə­min şəkillər abi­dənin bu günə qədər mə­lum olan bir neçə fo­tolarından bi­ridir[i].

 

 


 


[i] https://www.facebook.com/photo/?fbid=7849209631759968&set=pcb.7849209908426607

Məlumat

İrəvan şəhərində 1319-cu ilə aid olan müsəlman türbəsi hazırkı dövrdə yer altında qismən yararlı vəziyyətdə olan tarixi Azərbaycan abidələrindən biridir. Ağqoyunlu hakimiyyəti dövründə inşa olun­duğu ehtimal olunur. Di­gər müsəl­man türbələrindən fərq­lən­dirən cə­hət bu türbənin içəri­sin­də sərdabə­lərin olmasıdır. 5–6 metr hündür­lü­yü, 6–7 metr civa­rın­da eni olan türbə yarıoval for­ma­da qalın ağ mərmər və qırmızı tuf daşdan isti­fadə edilərək inşa olunub.  4 tağlı türbənin divar və ta­van hissəsi oy­ma naxışlarla bə­zə­dilib. Türbədən sərdabəyə yuxa­rı­dan enən pilləkən qoyulub. Tür­bə­nin yerin üst hissə­sin­dəki gün­bəz­li təbəqəsi dağılıb, yerində er­mənilər tərəfindən gecə klu­bu ti­kilib, yerin altındakı sər­da­bə böl­mə­si qismən salamat qalıb.

Dəbdəbəli və əzəmətli və möh­kəm memarlıq üslubu ilə diqqət çə­kən sərdabənin əsilzadə və hökm­dar ailəsi üçün tikildiyi ehtimal olunur. 

İrəvan şəhə­rində yerin 9 metr altında yerləşən mü­səl­man türbə-sərdabə arxe­oloji abidə kimi Azər­bay­can. İslam və dünya ta­ri­xi üçün əhə­miy­yətlidir.