- Tarixi
- 1319-cu il
- YerləşməƏvvəlki toponim
İrəvan şəhərində
- YerləşməHazırkı toponim
1828-ci ilədək İrəvan, 1828–1936-cı illərdə Erivan, 1936-cı ildən Yerevan adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Hazırda qismən yararlı vəziyyətdə olan tarixi türbənin üzərində gecə klubu fəaliyyət göstərir. Türbəni ziyarətə icazə verilmir. 2024-cü il fevral ayında CBC kanalı İrəvanda abidənin üzərində yerləşən gecə klubunda da çəkiliş edib. Bu möhtəşəm abidəyə hələ də ziyarətçi buraxılmır.
- Məlumat
İrəvan şəhərində 1319-cu ilə aid olan müsəlman türbəsi hazırkı dövrdə yer altında qismən yaralı vəziyyətdə olan tarixi Azərbaycan abidələrindən biridir. Ağqoyunlu hakimiyyəti dövründə inşa olunduğu ehtimal olunur. Türbəni digər müsəlman türbələrindən fərqləndirən cəhət bu türbənin içərisində sərdabələrin omasıdır. 5–6 metr hündürlüyü, 6–7 metr civarında eni olan türbə yarıoval formada qalın ağ mərmər və qırmızı tuf daşdan istifadə edilərək inşa olunub. 4 tağlı türbənin divar və tavan hissəsi oyma naxışlarla bəzədilib. Türbədən sərdabəyə yuxarıdan enən pilləkən qoyulub. Türbənin yerin üst hissəsindəki günbəzli təbəqəsi dağılıb, yerində ermənilər tərəfindən gecə klubu tikilib, yerin altındakı sərdabə bölməsi qismən salamat qalıb.
İrəvan şəhərində yerin 9 metr altında yerləşən müsəlman türbə-sərdabə arxeoloji abidə kimi Azərbaycan, İslam və dünya tarixi üçün əhəmiyyətlidir.
