- Tarixi
- XVII yüzil
- YerləşməƏvvəlki toponim
1828-ci ilədək İrəvan, 1828–1936-cı ildən Erivan.
- YerləşməHazırkı toponim
1936-cı ildən etibarən Yerevan.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Təpəbaşı məhəlləsində yerləşən mədrəsə hal hazırkı dövrdə fərdi yaşayış yeri kimi istifadə olunur.
- Məlumat
Mədrəsə İrəvan şəhərinin Təpəbaşı məhəlləsində yerləşirdi. Məhəllə yüksək təpəlik ərazidə yerləşdiyi üçün “Təpəbaşı” adlandırılıb. Təpəbaşı məhəlləsi 1930-cu ildə Çar Rusiyası tərəfindən İrəvan xanlığının ləğvindən sonra şəhərdə xanlıq dövrünün mədəni mirasını yaşadan məhəllələrdən biri idi. Böyük həcimli məbədlərdən olan mədrəsə məhəllənin o dövrdə görkəmli tikililərindən hesab olunurdu. 1828-ci ildə 2537 nəfər azərbaycanlının yaşadığı məhəllədəki mədrəsədə dini təhsillə yanaşı dünyəvi elmlər də tədris olunurdu. Mədrəsənin qabaq hissəsi Şərq memarlıq üslubunda qırmızı kərpiclə iki tağlı inşa edilib. Azərbaycanlıların deportasiyasından sonra ətrafdakı qədimi evlər sökülüb və yerində hündür binalar inşa olunub. Sökülməyən və tağların arası ermənilər tərəfindən hörülən mədrəsə isə bir neçə ailənin yaşadığı yaşayış yerinə çevrilib.[i]
Mədrəsə təkcə dini, şəriəti, tədris etmirdi, burada riyaziyyat, tarix, ədəbiyyat və digər fənnlər də öyrədilirdi.
[i] ttps://www.facebook.com/IrevandaTurkler/photos/a.102390416503764/585338841542250
