İyis piri

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Yelizavetpol qu­­ber­ni­yasının Zən­gəzur qəza­sın­da, indiki Meğ­­­ri ra­yo­nun­da­­kı (Əldərə) Əli­­­dərəsi kən­d­in­­də.

Yerləşmə /
Hazırkı toponim:

Mığrı rayonu –  Meğ­­ri, Aldərə kəndi – Alvank adlandırılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

1988-ci il de­por­­ta­si­ya­sından s­o­n­­ra İyis piri və ət­ra­fındakı ti­­­­­ki­­lilər er­­mə­ni­lər tə­rə­­f­in­dən da­­ğıdılıb.

Məlumat:

Əlidərəsi  kəndinin Pir çinarə adlı əra­zi­də­ki yoxuşun üstündə (200 m uzaqlıqda) yer­ləşən İyis piri kənd sakinləri və ətraf böl­gənin insanlarına görə mü­qəd­dəs ocaq­­lardan hesab olunurdu. Orada qədim ya­şayış məs­kənləri ilə yanaşı, yaşı 500 il­dən çox olan böyük çinar ağacları uca­lır­dı [i] . İyis piri kənd və bölgə sa­kin­lə­ri­nin ən çox ziyarət etdiyi məşhur pir­lər­dən olub.

İyis piri kimi sak­­­­­ral-ruhani abi­­­­­dələrin mü­­­hüm tarixi hadi­sə­­­­lər və mə­də­niy­­­­yə­t­in for­ma­laş­­­dığı böl­gə­lər­də yer alması azər­­­­­baycanlı əha­­­­­li­nin burada uzun tari­xi dövr­dən keç­di­yi­­nin ni­şa­­nə­si­dir.

 

[i] Olaylar. – 2019. –  10-11 oktyabr, № 135. – S. 11.

Fotolar:
Videolar: