- Tarixi
- XVI yüzil
- YerləşməƏvvəlki toponim
Cəlaloğlu mahalında Xram Çayının üstündə
- YerləşməHazırkı toponim
Cəlaloğlu–1923-cü ildən Stepan Şaumyanın adına uyğun – Stepanavan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Koroğlu qalasının хarabalığı yerləşdiyi ərazidə hələ də durur. Ermənilər tərəfindən mənimsənilib və erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Xalq qəhrəmanı Koroğlunun adı ilə adlanan qala Cəlalоğlu mahalında Хram çayının üstündə iki çay qarışığında yerləşir. Qala divarlarının eni bir metrə yaxın olub. Böyük çay və qaya daşlarından inşa edilən qala coğrafi mövqeyinə görə əlverişli yerdə olub. Qala düşmən hücumlarına məruz qaldıqda üç tərəfinin su ilə əhatə olunması mühasirəyə alınmasına imkan verməyib. Bu qalanın хarabalığı hələ də durur.[i]
Koroğlu qalası azərbaycanlılar üçün eyni zamanda erməni və digər yadelli hücumlardan müdafiə rolunu oynayıb. Qədim qala Qərbi Azərbaycandakı tarixi mirasın nümunəsi kimi mühüm dəyər daşıyır.
[i] Əflatun Məmmədov. “Qərbi Azərbaycanın Pəmbək mahalı: Eminlər tayfasının şəcərəsi”. Bakı, “Çaşıoğlu”, 2015. səh.70
