- Tarixi
- 1828-ci il
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq rayonunun Karvansara[i] kəndində
[i] Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, № 8. 1974,.
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu Martuni, Karvansara kəndi, 1935-ci ildən İcevan adlandırılıb. 04.04.1946-cı ildə ləğv edilib, Mədinə (Lernakert) kəndinə birləşdirilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ermənistan hakimiyyəti azərbaycanlıların kompakt yaşadıqları kənd və onun məhəllələrindən azərbaycanlıları deportasiya edib, onların evlərinə erməni sakinləri yerləşdirib.
- Məlumat
Göyçənin qədim kəndlərindən olan Karvansara kəndindəki məhəllələrdən biri “Ərgüclülər məhəlləsi” adlanırdı. Cox boyuk ehtimalla 1828-ci ildə Ərgişcə qalası dağıdıldıqdan sonra qalanın sakinləri ən yaxın kənd olan Karvansarada məskunlaşaraq, məhəllələrini elə kəndlərinin adı ilə adlandırıblar.
12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində kənd məhz Dilənçi adı ilə təqdim olunub və onun sultan xəzinəsinə illik vergisinin 6890 ağça həcmində müəyyənləşdirildiyi barədə müvafiq qeydlər aparılıb. 1831-ci ildə isə kənd “Karvansaray” adı ilə qeydə alınıb. O zaman kəndin 168 nəfər türk əhalisi varmış.
Erməni tarixçisi Z.Korkodyanın rəsmi statistikaya istinadən hazırladığı “Sovet Ermənistanının əhalisi 100 ildə: 1831–1931” kitabındakı məlumatlardan isə aydın olur ki, bu göstərici 1886-cı ildə 205, 1897-ci ildə 310, 1904-cü ildə 418, 1914-cü ildə 623 nəfər həddinə qədər yüksəlib. 1918-ci ildə isə erməni daşnak qoşunları kəndi talayaraq yandırıblar. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülüb[i]
Ermənistan SSR Ali Soveti 4 aprel 1946-cı il tarixli qərarı ilə Karvansara bir inzibati vahid kimi ləğv edilib, Mədinə kəndinə birləşdirilib. Azərbaycanlı əhali 1948–1953-cü illərdə deportasiya edilib.
Karvansara kəndindəki Ərgüclülər məhəlləsi ancaq azərbaycanlıların yaşadığı məhəllə olub.Ümumiyyətlə, kənd ərazisində erməni yaşamayıb. Kənd və məhəllə azərbaycanlılar oradan deportasiya edilənə qədər azərbaycanlıların maddi-mədəniyyət izlərini daşıyırdı.
[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.66
