Əsas şəkil

Karvansara kəndində Əyriçaylılar məhəlləsi

Tarixi
1828–1830-cu illər
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­niyasının Ye­ni Bəyazid  qə­za­sında, indiki Qaranlıq ra­yo­nunun Kar­vansara[i] kən­dində
 


[i] Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, № 8. 1974,.

Yerləşmə
Hazırkı toponim

Qaranlıq ra­yo­nuMartuni, Karvansara kəndi, 1935-ci ildən  İcevan adlandırılıb. 04.04.1946-cı ildə ləğv edi­lib, Mədinə (Lernakert) kəndinə bir­ləş­dirilib.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Azər­baycan­lı­ların kom­pakt ya­şa­dıq­­ları kənd və onun mə­həl­lə­lərindən azərbaycanlıları deporta­si­ya edib, onla­rın evlərinə er­məni sakin­ləri yerləşdi­ribər.

Məlumat

Əyriçay Kəvər nahiyəsindəki çay­lar­dan birinin adıdır. Karvansara (Karvan­saray) Qaranlıq nahiyəsinə tabe idi. 1828–1830-cu illərdə Çar Rusiyası ilə Osmanlı dövləti ara­sın­dakı müharibədən sonra  əraziyə er­mə­ni­lərin köçürülməsi nəticə­sin­də Əy­­riçay sahillərindən didərgin sa­lın­mış azərbaycanlılar Karvansara kən­­­di­nə gəlib orada kompakt yaşa­ya­­raq, ikinci məhəllə olan Əyri­çay­­­lılar mə­həlləsi salıblar.

12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təs­diqlən­miş “İrəvan əyalətinin ic­mal dəftəri”nin 12-ci səhifəsində kənd məhz Dilənçi adı ilə təqdim olunub və onun sultan xəzinəsinə il­lik vergisinin 6890 ağça həcmin­də müəyyənləşdirildiyi barədə mü­vafiq qeydlər aparılıb. 1831-ci ildə isə kənd “Karvansaray” adı ilə qey­də alınıb. O zaman kəndin 168 nə­fər türk əhalisi varmış.

Erməni tarixçisi Z.Korkodyanın rəsmi statistikaya istinadən hazırla­dığı “Sovet Ermənistanının əhalisi 100 ildə: 18311931” kitabındakı məlumatlardan isə aydın olur ki, bu göstərici 1886-cı ildə 205, 1897-ci ildə 310, 1904-cü ildə 418, 1914-cü ildə 623 nəfər həddinə qədər yüksəlib. 1918-ci ildə isə er­məni daşnak qoşunları kəndi tala­ya­raq yandırıblar. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürü­lüb­lər.[i]

Ermənistan SSR Ali Soveti 4 aprel 1946-cı il tarixli qərarı ilə Karvansara bir inzibati vahid kimi ləğv edilib, Mədinə kəndinə birləş­di­ri­lib. Azərbay­canlı əhali 1948–1953-cü illərdə depor­tasiya edilib.

Karvansara kəndindəki Əy­riçaylılar məhəllə­si  yal­nız azər­baycanlıla­rın yaşadığı mə­həl­lə olub.Ümumiyyət­lə, kənd əra­zisində ermə­­­­ni yaşama­yıb. Kənd və məhəllə azər­baycanlılar ora­dan de­por­­tasiya edi­lənə qə­dər azərbay­can­lı­la­rın maddi-mə­də­niy­yət iz­lə­rini da­şı­yır­dı. 

 

 

 

 

 

 


 


[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.66