- Tarixi
- B.e. I minilliyin sonları
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq rayonunun Karvansara[i] kəndində
[i] Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, № 8. 1974,.
- YerləşməHazırkı toponim
Qaranlıq rayonu–Martuni, Karvansara kəndi, 1935-ci ildən İcevan adlandırılmış-dır. 04.04.1946-cı ildə ləğv edilib, Mədinə (Lernakert) kəndinə birləşdirilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Karvansara Azərbaycan tarixi və memarlığının nümunəsi olduğu üçün təmir və restavrasiya olunmayıb. Karvansaranın qalıqları hal-hazırda ərazidə qalır. “Erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Qədim karvansara Karvansara kəndində yerləşir. Kənddəki tikilinin qalıqlarını ilk baxışda qala divarlarına bənzətmək mümkün olsa da, bünövrəyə diqqətlə baxdıqda, iri bir karvansara kompleksinin planını açıqca sezmək mumkundur. Bu qədim abidələri fərqləndirən əsas cəhətlər isə onların memarlıq həlli və yaş fərqidir. Ərgişcə qalası eramızdan əvvəlki birinci minilliyin sonlarına, ikinci minilliyin əvvəllərinə aid olub ovalşəkilli forma kəsb etdiyi halda, Karvansara kəndi ərazisindəki tikili dəqiq dördbucaqlı planda olub, dövrələmə otaqlar və tövlələrdən ibarət qapalı kompleksi xatırladır ki, bu qəbil memarlıq həllinin eramızın birinci minilliyinin sonlarına aid olduğu əlavə sübuta ehtiyac duyulmayan faktdır. Ən əsas məqamlardan biri isə odur ki, karvansara kompleksinin qalıqları ilə eyniadlı kəndin ocaq yerlərinin xarabaları arasında açıqca müşahidə olunan bir sədd var[i].
Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir[ii].
12 aprel 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində kənd məhz Dilənçi adı ilə təqdim olunub və onun sultan xəzinəsinə illik vergisinin 6890 ağça həcmində müəyyənləşdirildiyi barədə müvafiq qeydlər aparılıb. 1831-ci ildə isə kənd “Karvansaray” adı ilə qeydə alınıb. O zaman kəndin 168 nəfər türk əhalisi varmış.
Erməni tarixcisi Z.Korkodyanın rəsmi statistikaya istinadən hazırladığı “Sovet Ermənistanının əhalisi 100 ildə: 1831-1931” kitabındakı məlumatlardan isə aydın olur ki, bu göstərici 1886-cı ildə 205, 1897-ci ildə 310, 1904-cü ildə 418, 1914-cü ildə 623 nəfər həddinə qədər yüksəlib. 1918-ci ildə isə erməni daşnak qoşunları kəndi talayaraq yandırıblar. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülüb[iii]
Ermənistan SSR Ali Sovetinin 4 aprel 1946-cı il tarixli qərarı ilə Karvansara bir inzibati vahid kimi ləğv edilib, Mədinə kəndinə birləşdirilib. Azərbaycanlı əhali 1948–1953-cü ildə deportasiya olunub.
Karvansara yerli və xarici ölkələrdən gələn tacirlərin qaldığı və anbarlarında mallarını mühafizə etdiyi yer kimi xanlıqda mühüm yerə sahib idi.
Toponim “ticarət yolu üzərində tikili bina” mənasında işlənən “karvansara” sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir[i].
[i] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Карвансара // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
