- Tarixi
- 1967-ci il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
- YerləşməHazırkı toponim
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlılar üçün müqəddəs yer hesab olunan qəbiristanlıq və Kəklik Abbas qızının günbəzi ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
1967-ci ildə dördkünc formada, 4 m x 4 m, 5 m x 5 m ölçülü, hündürlüyü 4-5 m qırmızı tufdan (kəvəkdən) Kəklik Abbas qızının (1908-1966) məzarı üstündə inşa edilib. Bu tikinti üçün (günbəzin üst örtüyünə) qırmızı tuf 30 km aralıdakı Sarı yer yaylağından, Çobanbulağı yaxınlığından gətirilib, ustaları kənd sakinləri Qərib Cəlil oğlu (1918-1988) və Ağakişi Oruc oğlu (1920-1990) olub [i], [ii],[iii].
Günbəz tayfanın ad-san, hörmət sahibi insanlarının adına inşa olunub.
[i] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.[ii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
[iii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası / Tərt. ed. S.Əsədov; elmi red.: B.Budaqov, Q.Qeybullayev. – Bakı: Gənclik, 1995. – S. 292.
