Kərbəlayı Həsənalı Şaloğlu türbəsi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonundakı Zimmi kəndində.
Vedi rayonu –Ararat.
Memarlıq
1948-49-cu illərdə kənd sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq köçürülüb, kənd ləğv edilib. İndi xaraba kənddir. Əhalinin zorla Azərbaycana köçürülməsindən sonra türbə ermənilər tərəfindən dağıdılıb [i].
[i] https://az.wikipedia.org/wiki/Zimmi
Zimi kəndinin qəbiristanlığındakı birqapılı dördkünc türbənin (hündürlüyü 2,5 m, eni 2 m) daxilindəki qəbir ilahi məqama yaxınlığı ilə seçilən Kərbəlayı Həsənalı Şaloğlunun (1779-1854) idi. Böyük daşlarla inşa olunan türbə Şaloğlu tayfası bellərinə şal bağladıqlarına görə belə adlanırdı və Cənubi Azərbaycandan köçüb gəlmiş tərəkəmə ailələrindən olub.
Onun 25 yaşlı Mehdi adlı oğlu (həmin gün onun övladı dünyaya gəlibmiş) gecə ikən, ilin qış çağında qarlı havada Zimi çayını keçib ziyarətə gedib və atasının qəbri üsündə canını ilahi ruhla qovuşdurub. Onun çayda əl-üzünü yuyarkən kənara sıçrayan su damcılarının donması və bağlı qapıdan içəri keçməsi (bir neçə dəfə onu axtaranda qapı bağlı olub, axırda qapının qıfılı açılanda onu məzarın üstündə tapıb, atasının yanında dəfn ediblər) və duasına ruhən qovuşması ilə bağlı el arasında kifayət qədər deyimlər yayılıb.
Türbəni ətraf kəndlərin əhalisi ziyarətə gələr, niyyətlərinin qəbulu üçün üstündə dualar edər, qurbanlar kəsərdilər [i].
Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşıb. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırıblar. Quruluşca sadə toponimdir [ii].
Kərbəlayı Həsənalı Şaloğlu türbəsi kənd və ətraf bölgənin insanları üçün müqəddəs yer hesab olunurdu
[i] https://aqreqator.az/az/cemiyyet/529897
[ii] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. – Bakı: Elm, 2002.